Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azər Hüseyn oğlu Rzayev (15 iyul 1930, Bakı – 14 dekabr 2015, Bakı) — Azərbaycan bəstəkarı, professor (1977), Azərbaycan SSR xalq artisti (1990), "Şöhrət" orden

Azər Rzayev

  • Ana Səhifə
  • Vikipediya
  • Azər Rzayev

Azər Hüseyn oğlu Rzayev (15 iyul 1930, Bakı – 14 dekabr 2015, Bakı) — Azərbaycan bəstəkarı, professor (1977), Azərbaycan SSR xalq artisti (1990), "Şöhrət" ordeni (2000), "Humay" mükafatı (2002) laureatı.

Azər Rzayev
Ümumi məlumatlar
Doğum tarixi 15 iyul 1930(1930-07-15)
Doğum yeri
  • Bakı, Bakı dairəsi, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 14 dekabr 2015(2015-12-14) (85 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Anası Həqiqət Rzayeva
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, universitet müəllimi[d], film bəstəkarı, musiqişünas, musiqi pedaqoqu
Musiqi aləti skripka
Təhsili
  • Azərbaycan Dövlət Konservatoriyası (–1953)
Mükafatları "Şöhrət" ordeni — 20002000 "Əməkdə fərqlənməyə görə" medalı — 19591959
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 19901990 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1972
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Azər Rzayev 15 iyul 1930-cu ildə Bakı şəhərində Hüseyn Rzayevin və Azərbaycanda Ərəbzəngi rolunun ilk qadın ifaçısı, məşhur opera müğənnisi Həqiqət Rzayevanın ailəsində dünyaya göz açıb.

İlk təhsilini Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka aləti üzrə professor Semyon Bretanitskinin sinfində və eyni zamanda Boris Zeydmanın uşaq yaradıcılığı sinfində almışdır. Daha sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirərək 1953-cü ildə oranı 2 ixtisas üzrə — bəstəkarlıq üzrə professor B. Zeydmanın və skripka üzrə professor A. Amitonun sinfini bitirmişdir. 1953-cü ildən 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster – müşayətçi kimi fəaliyyətə başlayıb.

Azər Rzayev 14 dekabr 2015-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

Yaradıcılığı

A. Rzayev bir bəstəkar kimi ilk dəfə skripka ilə simfonik orkestr üçün 1 saylı Konserti ilə tanınmışdır. Bəstəkar bu əsərə görə 1955-ci ildə Varşavada keçirilən bəstəkarların Beynəlxalq Müsabiqəsində laureat adına layiq görülmüşdür. 1954-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olmuş, həmçinin 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim və nəhayət professor kimi fəaliyyət göstərmiş, Radio və Televiziya komitəsində səs rejissoru (1958–1960), M. Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər (1965), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru (1972–1987) olmuşdur.

Yaradıcılıq fəaliyyətində Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gənclərinin I və II festivallarında həm bəstəkar, həm də ifaçı kimi laureat adlarına layiq görülüb.

Bəstəkarın yaradıcılığında əsas yeri instrumental musiqi janrları tutur. O, skripka ilə simfonik orkest üçün 3 Konsertin, 6 poemanın, o cümlədən "Həyat vurğunu", "Nəsimi", "Atamın xatirəsinə" poemalarının, "Bakı-90" simfoniyasının, skripka ilə orkestr üçün "Fədai-Vətən", violonçel və simfonik orkestr üçün "Poema-konsert"-in, tar və simfonik orkestri üçün "Düşüncə" və "Qaytağı", fortepiano və simfonik orkestr üçün Konsertin, habelə "Hacı Kərimin Aya səyahəti" adlı bir operettanın, çoxlu sayda kamera-instrumental əsərlərin, tamaşalara yazılmış musiqilərin müəllifidir.

1963-cü ildən televiziya və radioda "Azərbaycan musiqi tarixindən səhifələr", "Orkestrin musiqi alətləri haqqında", "Bəstəkarlarımızın portreti", "Musiqi aləmi" silsilə verilişlərin müəllifi və aparıcısı olmuşdur.

1997-ci ildə Bülbül adına orta-ixtisas musiqi məktəbi nəzdində "Uşaq simfonik orkestri" yaratmışdır.

Mükafatları

  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 19 aprel 1972
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 31 dekabr 1990
  • Şöhrət ordeni — 14 iyul 2000
  • "Humay" mükafatı — 2002
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

Filmoqrafiya

  • Su ərizəsi (film, 1964)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azər Rzayev haqqında məlumat. Azər Rzayev nədir? Azər Rzayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xizəksürmə

  • Fevral 27, 2026

    Aleksandr Çervyakov

  • Fevral 27, 2026

    Altay Yusifoğlu

  • Fevral 24, 2026

    Alp

  • Fevral 28, 2026

    Google DeepMind

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst