Hil (ləzgi. Хьил)— Azərbaycan Respublikasının Qusar rayonunun Hil kənd inzibati ərazi dairəsində kənd.
| Hil | |
|---|---|
| |
| 41°28′07″ şm. e. 48°20′28″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Qusar rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 809 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Milli tərkibi | Ləzgilər |
| Dini tərkibi | Sünni - Müsəlmanlar (Şafii məzhəbi) |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ3820 |
![]() Hil | |
Tarixi
Çar imperiyası ilə mübarizə
XIX əsrdə Hil kəndinin sakinləri imam Qazi Məhəmməd Xuluxvi və abrek Ali Hilivinin rəhbərliyi altında 1837-ci ildə Rus çarına qarşı baş vermiş xalq üsyanında iştirak etmişlər.
Sovet hakimiyyəti ilə mübarizə
1920–1930-cu illərdə Sovet hakimiyyətinin ləzgi xalqına qarşı apardığı fəaliyyətlər əsasən gizli saxlanılıb. Bəzi tarixçilərin fikrincə, həmin illərdə Sovet hakimiyyəti tərəfindən 20 minə yaxın ləzgi repressiyaya məruz qalıb, amma bu rəqəm daha da böyük ola bilər.
1918-ci ilin yaz aylarında bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Bu hadisələr M. Məlikməmmədovun Azərbaycan dilində nəşr olunmuş “Qanlı dərə” kitabında ətraflı şəkildə təsvir olunub.
Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular.
Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.
Toponimikası
Hil oykonimi, sadə. Qusar maili düzənliyindədir. Bəzi tədqiqatçılara görə, oykonim özündə qədim Qafqaz Albaniyasında yaşamış gel tayfasının adını əks etdirir. XIX əsrdə Hiloba, Tulab, Köçərqaş, Tumalar, Tamuskən, Survanbəy, Xıdırbəy qazmaları, Gileykək, Əttək və s. obaların əraziləri bu kəndə məxsus olmuşdur.
Əhalisi
| Etnik qrup | Sayı, 1970 sa. | Nisbəti, 1970 sa. |
|---|---|---|
| cəmi | 4 131 | 100.0 % |
| ləzgi | 3 977 | |
| rus və ukraynalı | 6 | 0.1 % |
| erməni | 3 | 0.1 % |
| avar | 2 | 0.1 % |
| gürcü | 1 | 0.1 % |
Sixillər
Kəndəki sixillər (klanlar, soylar):
- Avazar
- Bak’iyar
- Begar
- Erbixanar
- Feq’iyar
- K’akamar
- Kalats’ar
- K’ark’arar
- K’arçuğayar
- K’aragadayar
- Mirzağar
- Muç’ar
- Naruyar
- Şebeyar
- Şat’anar
- Vadanar
| Şəxs | Sixil | Xel | haploqrup |
|---|---|---|---|
| Kasimov | ? | Hilar | J2 (J2-Z6273) |
Tanınmış şəxsiyyətləri
- Abrek Ali Hilivi — Ləzgi abrek, 1837-ci il Quba üsyanının rəhbəri, Qazi Məhəmmədin dostu və sağ əli, xalq qəhrəmanı.
- Kərim Kərimov (riyaziyyatçı) — Qusar rayonunun Hil kəndində tam orta məktəbi professor Kərim Kərimov adını daşıyır.
Həmçinin bax
- Hiloba
- Tac-Mahal (Qusar)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hil haqqında məlumat. Hil nədir? Hil nə deməkdir?

