Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hayd-park (ing. Hyde Park) — Londonun mərkəzində yerləşən sahəsi 1.4 km² olan krallıq parkı. Qərb tərəfdən Kensinqton bağlarıyla sərhəddir. Siyasi mitinqlərin,

Hayd-park

  • Ana Səhifə
  • Vikipediya
  • Hayd-park

Hayd-park (ing. Hyde Park) — Londonun mərkəzində yerləşən sahəsi 1.4 km² olan krallıq parkı. Qərb tərəfdən Kensinqton bağlarıyla sərhəddir. Siyasi mitinqlərin, gəzintilərin və mitinqlərin ənənəvi yeridir.

Hayd-park
Hyde Park
Məlumatlar
Ölkə
  •  Birləşmiş Krallıq
Sahəsi
  • 137,72 ha
Saytı royalparks.org.uk/parks/…
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Parkın girişi

Tarixi

Hələ normand işğalına qədər park Vestminster abbatlığına məxsus idi. Park öz adını qədim ölçü vahidindən almışdır. VIII Henrixin dövründə park kralın ov əyləncə yeri kimi istifadə olunurdu və əhali üçün qapalı idi. I Yakovun dövründə park yenidən ictimaiyyət üçün açılır, II Karlın dövründə park londonluların sevimli istirahət yerinə çevrildi.

Parkın əsas görməli yeri Serpentayn gölü və eyniadlı qalereyadır. Göldə çimməyə də icazə verilir. Parkın cənub-şərq küncündə Epsli-haus (ing. Apsley House) yerləşir, burada hersoq Vellinqton muzeyi və Vellinqton tağı yerləşir. 1815-ci ildə parkın bu hissəsində Vellinqtonun Napoleon üzərində tarixi qələbəsinə həsr olunmuş parad keçirilmişdir. 1822-ci ildə hersoqun şərəfinə parkda Axillesin nəhəng heykəli ucaldılmışdır. Bu, Londonda ucaldılmış ilk çılpaq insan təsviri idi və bu şəhərlilərin etirazına səbəb olmuşdu.

Kraliça Viktoriya 1851-ci ildə keçirilən Ümumdünya sərgisinin keçirilmə yeri kimi Hayd-parkı seçmişdir və bunun üçün parkda Billur saray ucaldılmışdı. 1889-cu ildə Hayd-parkda "Tələsməyən piyadalar, üstüaçıq omnibuslar və hərəkət edən atlarla keblər" qısametrajlı filmi çəkilmişdir.

2012-ci ildə London Olimpiya oyunları zamanı triatlon və açıq suda 10 kilometrlik üzgüçülük üzrə yarışlar Hayd-parkda keçirilirdi. 17 iyul 2012-ci ildə parkda Madonnanın konsrti keçirilmişdir, konsertdə 55 000 tamaşaçı iştirak etmişdir. 2013-cü ildə parkda The Rolling Stones çıxış etmişdir.

Natiqlər küncü

İngiltərədən kənarda Hayd-parkı daha çox burada yerləşən Speakers' Corner tanıdır. Məhz buna görə Hayd-park istənilən fikri və ideyanı səsləndirə biləcək yerə sinonimə çevrilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hayd-park haqqında məlumat. Hayd-park nədir? Hayd-park nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    İbn Miskəveyh

  • Fevral 27, 2026

    Syn.

  • Fevral 27, 2026

    Sisaklar

  • Fevral 27, 2026

    Alümosilikatlar

  • Fevral 24, 2026

    Xəzər Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst