Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhsən Əliabbas oğlu Dadaşov (16 avqust 1924, Bakı – 30 may 1976, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959).

Əhsən Dadaşov

  • Ana Səhifə
  • Vikipediya
  • Əhsən Dadaşov

Əhsən Əliabbas oğlu Dadaşov (16 avqust 1924, Bakı – 30 may 1976, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959).

Əhsən Dadaşov
Ümumi məlumatlar
Doğum tarixi 16 avqust 1924(1924-08-16)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 30 may 1976(1976-05-30) (51 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, tarzən
Musiqi alətləri tar, ud
Mükafatları Azərbaycan SSR əməkdar artisti — 1959

Mündəricat

Həyatı

Əhsən Dadaşov 1924-cü il avqustun 16-da Bakı şəhərində anadan olub, Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb.

1938-ci ildə 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb. Atası Əliabbas Dadaşov 1937-ci ildə repressiya edilib.

1940-cı ildə S. Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edilib.

Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmişdir.

Əhsən Dadaşov çoxdan unudulmuş ud alətini 1960-cı illərdə yenidən Azərbaycan musiqisinə qaytarıb.

Zərif Qayibovdan sonra "Şur" muğamının ən gözəl ifaçılarından biri onun tələbəsi Əhsən Dadaşov olmuşdur.

Onun lentə yazdırdığı "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah", "Hümayun", "Vilayəti-Dilkeş", "Çahargah", "Bayatı-Şiraz" və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edir.

Bakı televiziya studiyasının nəzdində 1960-cı ildə xalq çalğı alətləri ansamblı yaratmış və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olmuşdur. Hazırda "Xatirə" xalq çalğı alətləri ansamblı (bədii rəhbəri Adil Bağırov) Əhsən Dadaşovun adını daşıyır. Əhsən Dadaşov bir çox tarzənlərin sənət müəllimi olmuşdur.

Əhsən Dadaşov "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş bir sıra filmlərin musiqi müşayiətində iştirak edib.

Əhsən Dadaşov Azərbaycan Respublikasının xalq artisti Murad Dadaşovun və "KOKON" yaradıcılıq birliyinin rəhbəri Fərid Dadaşovun atasının əmisidir.

Filmoqrafiya

  1. Görüş (film, 1955)
  2. Qızmar günəş altında (film, 1957)
  3. Ögey ana (film, 1958)
  4. Onu bağışlamaq olarmı? (film, 1959)
  5. Möcüzələr adası (film, 1963)
  6. Yenilməz batalyon (film, 1965)
  7. Poçt qutusu (film, 1967)
  8. Bizim Cəbiş müəllim (film, 1969)
  9. Dəli Kür (film, 1969)
  10. Gün keçdi (film, 1971)
  11. Ulduzlar sönmür (film, 1971)
  12. Nəsimi (film, 1973)
  13. Səmt küləyi (film, 1973)
  14. Cırtdanın yeni sərgüzəştləri (cizgi filmi, 1973)
  15. Qatır Məmməd (film, 1974)

Haqqında çəkilmiş filmlər

  1. Əhsən Dadaşov (film, 2005)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhsən Dadaşov haqqında məlumat. Əhsən Dadaşov nədir? Əhsən Dadaşov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Heydərabad nizamı

  • Fevral 27, 2026

    Qobustan kölgələri

  • Fevral 27, 2026

    Tubalar

  • Fevral 27, 2026

    Tütək

  • Fevral 27, 2026

    Şıxəli Qurbanov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst