Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şıxəli Qurban oğlu Qurbanov (16 avqust 1925, Bakı – 24 may 1967, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadi

Şıxəli Qurbanov

  • Ana Səhifə
  • Vikipediya
  • Şıxəli Qurbanov

Şıxəli Qurban oğlu Qurbanov (16 avqust 1925, Bakı – 24 may 1967, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Ü. Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). Ş. Qurbanov Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdir. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

Şıxəli Qurbanov
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
fevral 1966 – 24 may 1967
Birinci katibVəli Axundov
Azərbaycan Kommunist Partiyası Voroşilov Rayon Komitəsinin birinci katibi
1957 – 1957
Azərbaycan Kommunist Partiyası Stalin Rayon Komitəsinin birinci katibi
1955 – 1956
SonrakıHenrix Pisman
Şəxsi məlumatlar
Doğum tarixi 16 avqust 1925(1925-08-16)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 24 may 1967(1967-05-24) (41 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi zəhər[d]
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti siyasətçi, şair
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Döyüşlər
  • Böyük Vətən müharibəsi
Rütbəsi
  • çavuş
Elmi fəaliyyəti
Elm sahəsi ədəbiyyatşünaslıq
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru (1950)
Təltifləri "Lenin" ordeni "İgidliyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Köniqsberqin alınmasına görə" medalı
Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı — 1967

Mündəricat

Həyatı

Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulmuşdur.

Ölümü

Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.

1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölmüş, həkim pəncərədən qaçmışdır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: "Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar".

Mükafatları

  • Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı — 1967
  • "Lenin" ordeni
  • "İgidliyə görə" medalı
  • "Köniqsberqin alınmasına görə" medalı
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şıxəli Qurbanov haqqında məlumat. Şıxəli Qurbanov nədir? Şıxəli Qurbanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ceyran Haşımova

  • Fevral 27, 2026

    Məlikcahan xanım

  • Fevral 27, 2026

    Əlborz şəhristanı

  • Fevral 27, 2026

    Şamil Mahmudbəyov

  • Fevral 27, 2026

    Hənəfi Terequlov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst