Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Natiq İlyas oğlu Əhmədov (1 fevral 1969, Kosalar, DQMV – 26 sentyabr 1991, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Natiq Əhmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Natiq Əhmədov

Natiq İlyas oğlu Əhmədov (1 fevral 1969, Kosalar, DQMV – 26 sentyabr 1991, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Natiq Əhmədov
Natiq İlyas oğlu Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1969(1969-02-01)
Doğum yeri
  • Kosalar, Stepanakert rayonu, DQMV, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 26 sentyabr 1991(1991-09-26) (22 yaşında)
Vəfat yeri
  • Xocalı rayonu, Azərbaycan
Dəfn yeri
  • Novruzlu
Vətəndaşlığı
  •  Azərbaycan
  •  SSRİ
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Qoşun növü SSRİ DİN-nin Daxili qoşunları[d]
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı

Mündəricat

Həyatı

Natiq Əhmədov 1 fevral 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Ağdamın Novruzlu kəndində orta məktəbi oxumuş, Kalininqrad şəhərinin artilleriya hissəsində hərbbi xidmətdə olmuşdur. Natiq Əhmədov 1988-ci ildə ordudan tərxis olunur. Bir müddət Kalininqradda qalıb işləyir. Vətən çağırır onu. Natiq Əhmədov boy-buxunda, fiziki möhkəmlikdə yoldaşlarından seçilirdi. Rayonda keçirilən müxtəlif idman yarışlarında oxuduğu məktəbin şərəfini həmişə ləyaqətlə qoruyurdu. Hələ orta məktəbi bitirərkən onu Ağdamın futbol komandasına dəvət etmişdilər. Sonralar isə o, Riqada Şərq əlbəyaxa döyüşü sənətini-karateni öyrənmişdi. O, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin saya gəlmədiyi bir vaxtda Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsinə qəbul edilir. Həmin dövrdə Qarabağın dağlıq hissəsində yerləşən kəndlərə, eləcə də Şuşaya gediş–gəlış son dərəcə çətinləşmişdi. Ermənilər yol boyunca pusqular qurur, ardı–arası kəsilməyən terror əməlləri törədirdilər. Natiq Əhmədov Ağdam–Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının təhlükəsizliyini təmin etmək üçün dəfələrlə ölümlə üzbəüz gəlmişdi.

Döyüşlərdə iştirakı

26 sentyabr 1991-ci ildə Əsgərandan Xocalıya işə gedərkən ermənilər tərəfindən pusquya düşmüş avtobusu görür. Avtobusdakı mülki şəxsləri xilas etmək üçün iş yoldaşı ilə birgə son damla qanına qədər döyüşür. Həmin döyüşdə Natiq qəhrəmancasına Şəhid olur.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.

Həmçinin bax

  • Birinci Qarabağ müharibəsi
  • Xocalı soyqırımı
  • Erməni terrorizmi
  • Azərbaycanlıların Soyqırımı Günü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Natiq Əhmədov haqqında məlumat. Natiq Əhmədov nədir? Natiq Əhmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vilyandi

  • Fevral 27, 2026

    Homalium

  • Fevral 27, 2026

    Tayka Vaytiti

  • Fevral 27, 2026

    Ağaxan Salmanlı

  • Fevral 27, 2026

    XHTML

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst