Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Almeriya (isp. Almería) — İspaniyanın Andalusiya bölgəsində yerləşən şəhər. İspaniyanın cənub-şərqində, Aralıq dənizi sahilində yerləşir. Almeriya vilayətinin m

Almeriya

  • Ana Səhifə
  • Vikipediya
  • Almeriya

Almeriya (isp. Almería) — İspaniyanın Andalusiya bölgəsində yerləşən şəhər. İspaniyanın cənub-şərqində, Aralıq dənizi sahilində yerləşir. Almeriya vilayətinin mərkəzidir. X və XI əsrlərdə Kordoba xilafətinin tərkibinə daxil olan şəhər ticarət, tekstil sənayesi, xüsusilə də ipək istehsalı sayəsində zənginləşmişdir. Şəhər bir çox dəfə hücuma məruz qalmış və 1489-cu ildə xristianların hakimiyyəti altına düşmüşdür. 1522-ci ildə şəhər baş verən zəlzələ nəticəsində dağılmış, lakin XIX əsrə qədər heç vaxt əvvəlki vəziyyətinə qayıda bilməmişdir. 1939-cu ildə İspan vətəndaş müharibəsi ərzində şəhər almanlar tərəfindən bombardman olunmuşdur. İqtisadiyyatı yenidən qurulduqdan sonra əsas diqqət tərəvəz istehsalına yönəlmişdir.

Şəhər
Almeriya
Almería
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
36°50′ şm. e. 2°27′ q. u.HGYO
Ölkə  İspaniya
Region [[Andalusiya]]
Başçı Ramon Fernandez-Paçeqo
Tarixi və coğrafiyası
Əsası qoyulub 955
Əvvəlki adı Urçi
Sahəsi 295 km²
Mərkəzin hündürlüyü 23 m
İqlimi Yarımsəhra
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi 194 203 nəfər (2015)
Sıxlığı 652.75 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodları 950, 850
Poçt indeksi 04001-04009
Digər
aytoalmeria.es
Xəritəni göstər/gizlə
Almeriya xəritədə
Almeriya
Almeriya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Demoqrafiya

Almeriya öz müsəlman əhalisinin sayına görə, digər bütün İspaniya şəhərləri ilə müqayisədə fərqlənir. Bir çox mənbəyə əsasən, şəhər əhalisinin 11-20%-ni müsəlmanlar təşkil edir.

İllər üzrə əhali sayı aşağıdakı şəkildə formalaşmışdır:

  • 1999: 169,027
  • 2001: 170,994
  • 2003: 176,727
  • 2005: 181,702
  • 2007: 189,798
  • 2009: 188,810
  • 2011: 190,349
  • 2012: 191,443
  • 2013: 192,697
  • 2014: 193,251

İqlim

Almeriya iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 24,4 25,2 32,4 34,2 34,2 40,8 41,2 41,1 37,6 34,4 29,0 27,7 41,2
Maksimum orta, °C 18,8 19,4 21,3 23,1 26,0 30,2 32,8 33,0 31,1 26,6 22,9 19,3 33,4
Minimum orta, °C 5,9 6,5 8,1 10,5 12,0 15,7 19,3 20,0 17,2 13,5 10,6 7,6 5,9
Mütləq minimum, °C 0,1 1,0 1,0 6,0 8,4 10,4 12,0 14,8 10,1 1,6 3,1 2,0 0,1
Yağıntı norması, mm 24 25 16 17 12 5 1 1 14 27 28 30 200
Mənbə: Agencia Estatal de Meteorología

Şəhərdə keçirilmiş beynəlxalq tədbirlər

  • 2005 Aralıq dənizi Oyunları
Şəhərin panoraması

Həmçinin bax

  • İspaniya
  • Andalusiya
  • İspaniya şəhərləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Almeriya haqqında məlumat. Almeriya nədir? Almeriya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    II Osman

  • Fevral 27, 2026

    Halogenlər

  • Fevral 27, 2026

    İslamşünaslıq

  • Fevral 27, 2026

    I Yese

  • Fevral 27, 2026

    Çaxmaq Karvansaray

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst