Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz

Palaz

  • Ana Səhifə
  • Vikipediya
  • Palaz


Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir.

Xalça
Palaz

Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur.

Mündəricat

Ümumi məlumat

Azərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində buraxılmasından ibarətdir. Palaz texnikasında toxunmuş məmulatdan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində müxtəlif əməli xarakerli məişət əşyalarının, hətta bəzən üst paltarların hazırlanmasında da istifadə olunurdu. Bakının Qobu kəndində və onunla qonşu olan Xocasən və Güzdəkdə qədimdən çiyi palaz adlanan texnikadan istifadə edilirdi. Çiyi palaz texnikasında arğac iplər üzərində saya iplərlə romb və kvadrat formalı relyefli naxışlar toxunur.

Bədii analiz

Xalçanın istehsalı prosesi naxışın sadə üsulla əsas hissədən keçirilməsindən ibarətdir. Xalçaçılar palazı bütün Azərbaycanda qəbul olunmuş üfiqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzəyirlər. Ancaq hər bir xalçatoxuyan usta xalçanın koloritini və kopmozisiyasını özü qərərlaşdırırdı. Xalçatoxuyan qadınlar zolaqların ölçülərini dəyişməklə, rəng uyğunluqlarını də dəyişirdilər və nəticədə gözəl palazların saysız-hesabsız növlərini yaradırdılar. Bir qayda olaraq, xalçalar köbələnmir. "Çiy" adlanan palazlar original emal texnikasına malikdirlər. Burada xalçanın fonu digər palazlarda olduğu kimi sadə üsulla yerinə yetirilir, eyni zamanda "sancma" üsulu ilə naxışşəkilli saplarla xırda həndəsi naxış vurulur. Bu toxuma naxış effekti yaradır.

Texniki xüsusiyyətlər

Xarakterik xüsusiyyəti kilimdə olduğu kimi hər iki üzündən istifadə olunmasıdır, ancaq kilimdən fərqli olaraq palaz asan üsul ilə toxunur, yun ilə yanaşı pambıq və bəzən ipəkdən hazırlanır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Palaz haqqında məlumat. Palaz nədir? Palaz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 17, 2026

    İspaniya

  • Fevral 25, 2026

    Prinsipat

  • Fevral 27, 2026

    Psixi pozuntu

  • Fevral 25, 2026

    LGBT

  • Fevral 27, 2026

    Biliqtü xaqan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst