Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tereza Mey (ing. Theresa Mary May, qızlıq soyadı Brasier; 1 oktyabr 1956[…], İstborn[d], Şərqi Susseks qraflığı[d]) — Böyük Britaniya siyasətçisi, Böyük Britani

Tereza Mey

  • Ana Səhifə
  • Vikipediya
  • Tereza Mey

Tereza Mey (ing. Theresa Mary May, qızlıq soyadı Brasier; 1 oktyabr 1956[…], İstborn[d], Şərqi Susseks qraflığı[d]) — Böyük Britaniya siyasətçisi, Böyük Britaniyanın baş naziri (2016-cı ildən), Böyük Britaniyanın sabiq daxili işlər naziri (2010–2016), qadınlar və bərabərhüquqluq üzrə nazir (2010–2012), Böyük Britaniya İcmalar Palatasının üzvü (1997-ci il — h.h.), Böyük Britaniya Mühafizəkarlar Partiyasının üzvü. Böyük Britaniyanın Baş Naziri (2016–2019)

Tereza Mey
ing. Theresa May
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı baş naziri
13 iyul 2016 – 24 iyul 2019
MonarxII Elizabet
ƏvvəlkiDevid Kemeron
SonrakıBoris Conson
Şəxsi məlumatlar
Doğum adı Theresa Mary Brasier
Doğum tarixi 10 yanvar 1956 (70 yaş)
Doğum yeri İstborn, Şərqi Susseks,  Böyük Britaniya
Partiya Mühafizəkarlar Partiyası
Təhsili Oksford Universiteti
Fəaliyyəti siyasətçi
Atası Hubert Brayzer
Anası Zeydi Meri Brayzer
Həyat yoldaşı Filip Con Mey
Dini anqlikan
Elmi fəaliyyəti
Elm sahəsi siyasət

Təltifləri Queen Elizabeth II Golden Jubilee Medal Queen Elizabeth II Diamond Jubilee Medal Queen Elizabeth II Platinum Jubilee Medal "Kral Əbdüləziz" ordeni
İmzanın şəkli
tmay.co.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Təhsili

Oksford Universitetini cöğrafiya ixtisasını bakalavr pilləsi üzrə bitirib.

Siyasi karyerası

Tereza Mey Baş Nazir Devid Kemeronla, may 2010-cu il

1986–1994-cü illərdə Londonun Merton bürosu yerli şurasının deputatı olub. 1992-ci ildə Böyük Britaniya parlament seçkilərində Nort-Vest-Darem dairəsindən və növbədənkənar 1994-cü il seçkilərində Barkinq dairəsində iştirak etsə də, uğursuzluqla qarşılaşdış

1997-ci il parlament seçkilərində ilk dəfə yeni yaranan Meydenhed dairəsindən parlamentin icmalar palatasına deputat seçilir və o zamandan deputat seçilir.

1997–2002-ci illərdə mühafizəkarlar partiyasının"kölgə" kabinetlkərində ikinci dərəcəli vəzifələr tutub. 2002-ci ildə ilk dəfə Mühafizəkarlar Partiyasının qadın sədri seçilir və liderdən fərqli olaraq partiyanın texniki fəaliyyət məsələləri ilə məşğul olurdu.

2003–2005-ci illərdə "kölgə kabinetində" həm nəqliyyat, həm də ərzaq və ekologiya naziri oluг. 2005-ci ilin may ayından dekabr ayınadək "kölgə kabinetində" mədəniyyət, KİV və idman naziri olur. 6 dekabr 2005-ci il tarixində İcmalar Palatasının "kölgə" lideri olur. 2009–2010-cu illərdə o "kölgə kabinetində" əmək və pensiyalar naziri olur.

Böyük Britaniyada 2010-cu ildə parlament seçkilərindən sonra ölkənin daxili işlər naziri təyin edilir, həmçinin qadınlar və bərabərlik məsələləri üzrə nazir vəzifəsini də daşıyır. Bu postda o eyni cinslilərin nikahını leqallaşmasına dəstək verən ilk yüksək vəzifəli ölkə siyasətçisi olur. O kölgə kabinetində olarkən əmək və pensiyalar naziri vəzifəsinə ümid etsə də o posta İan Dunkan Smit təyin edilir.

Tereza Mey icmalar palatasında İraqa qoşun yeridilməsinin lehinə səs verib, iqlim dəyişikliyi əleyhinə qanun qəbulunun əleyhinə olub. Böyük Britaniyanın Avropa Birliyinə daha çox inteqrasitanın əleyhinə olub, ictimai yerlərdə siqaret çəkilməsi əleyhidarıdır.. Eynicinsli ailə cütlüklərinin övladlığa uşaq götürməsinə razılıq verilməsinin əleyhinədir.

Şəxsi həyatı

1980-cı ildən ailəlidir, həyat yoldaşı — Filip Con Mey, Capital Group Companies şirkətinin 2016-cı ildən işçisidir. Pakistanın sabiq baş naziri Benazir Bhutto onları Oksforda təqdim etdi. Övladları yoxdur.

Tereza Meydə 2012-ci ilp şəkər diabeti müəyyən edilib. İnyeksiyalarla müalicə olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tereza Mey haqqında məlumat. Tereza Mey nədir? Tereza Mey nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Qurani Kərim

  • Fevral 27, 2026

    Delfi

  • Fevral 24, 2026

    Alenka Qolyevşek

  • Fevral 27, 2026

    Rum surəsi

  • Fevral 27, 2026

    Əzazil

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst