Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tupolev Tu-160 (NATO kod adı: Blackjack) səsdən sürətli və dəyişkən həndəsi quruluşa malik, Sovet İttifaqında istehsal edilən ən müasir strateji ağır bombardman

Tupolev Tu-160

  • Ana Səhifə
  • Vikipediya
  • Tupolev Tu-160

Tupolev Tu-160 (NATO kod adı: Blackjack) səsdən sürətli və dəyişkən həndəsi quruluşa malik, Sovet İttifaqında istehsal edilən ən müasir strateji ağır bombardmançı təyyarəsidir. Quruluş olaraq Amerikan istehsalı Rockwell B-1 Lancerə oxşamaqla yanaşı ondan daha böyük, daha artıq daşıma tutumlu və sürətlidir. İstehsal edilmiş ən böyük döyüş təyyarəsidir. Tu-160 pilotları təyyarələrini manevr qabiliyyəti və əks etdirməyən ağ boyası görə "Ağ Qu quşu" adlandırırlar. Sovet İttifaqında 1987-ci ildə xidmətə alınmış və hal-hazırda Rusiya Hərbi Hava Qüvvələrində ən azı 16 ədədi də xidmət göstərir. Rusiya 2016-ci ildə Tu-160 istehsalına yenidən başlamağı düşünür. 14 ədəd əlavə təyyarə istehsal etmək planlaşdırılır.

Tu-160
Туполев Ту-160
Tipi Strateji bombardmançı təyyarə
Hazırlayan Tupolev
İstehsalçı SSRİ / Rusiya Tupolev
Baş konstruktor Valentin Bliznuk
Dizayner Tupolev
İlk uçuş 18 dekabr 1981
İstismara verilmə tarixi 23 aprel 1987
İstismarçılar Rusiya Hərbi Hava Qüvvələri
Ukrayna Hərbi Hava Qüvvələri
Buraxılış sayı 35 (27-si seriyalı istehsal, 8-i prototip)
Vahidinin qiyməti 250 milyon USD (1993-cü ildə)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İstifadəçilər

Rusiya Rusiya

  • Rusiya Hərbi Hava Qüvvələri: 2008-ci ilin aprel ayına olan məlumata əsasən 16 ədəd (12-si döyüş, 4-ü təlim məqsədilə) Tu-160 istifadə olunurdu. 2015-ci ildə döyüşə hazır vəziyyətdə olan bu bombardmançıların sayı 11 olmuşdur. 2017-ci ildə Rusiya Federasiyası Ordu Generalı Yuri Borisovun dediyinə görə hazırda döyüşə hazır vəziyyətdə olan Tu-160 döyüş təyyarələrinin sayı 16 ədəddir və bu təyyarələrin modernizasiya olunması planlaşdırılır.

Keçmiş istifadəçilər

Ukrayna Ukrayna

  • Ukrayna Hərbi Hava Qüvvələri: Sovet İttifaqının süqutundan sonra 19 ədəd Tu-160 Ukrayna Silahlı Qüvvələrinin tabeçiliyində qalır, lakin 1999-cu ildə borcun ödənilməsi məqsədilə 8 ədəd Tu-160 Rusiyaya verilmişdir. Hazırda 1 ədəd Tu-160 döyüş təyyarəsi Poltava şəhərində yerləşən "Aviasiya Muzeyi"ndə saxlanılır.

SSRİ SSRİ

  • Sovet Hərbi Hava Qüvvələri: 1991-ci ildə Rusiya və Ukraynaya təhvil verilib.

Xüsusiyyətləri

Tu-160-ın proyeksiyası
Tu-160-ın proyeksiyası

Ümumi göstəriciləri

  • Ekipaj: 4 (pilot, co-pilot, bombardmançı, müdafiə sistemi üzrə zabit)
  • Uzunluq: 54.1 metr
  • Yüksəklik: 13.10 metr
  • Qanad açıqlığı: 35.60 metr
  • Boş çəki: 110,000 kq
  • Maksimum qalxma ağırlığı: 275,000 kq
  • Mühərrik: 4 Samara/trud NK-321 turbofan
  • Uçuş məsafəsi: 15,000 km

Uçuş göstəriciləri

  • Maksimum sürət: 2.05 mach (2,200 km/s)
  • Xidmət tavanı: 14,700 metr
  • Döyüş radiusu: 7,300 km
  • Yüksəkliyə qalxma sürəti: 70 m/s
  • Qanad yüklənməsi: 742 kq/m²
  • Çəkmə gücü/çəki: 0.37

Həmçinin bax

  • Tupolev Tu-95
  • Tupolev Tu-144
  • Rusiya Silahlı Qüvvələri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tupolev Tu-160 haqqında məlumat. Tupolev Tu-160 nədir? Tupolev Tu-160 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hüseyn Hüseynov

  • Fevral 27, 2026

    Qriffindor

  • Fevral 27, 2026

    Aparıcı

  • Fevral 27, 2026

    Foks–Fordays xəstəliyi

  • Fevral 27, 2026

    Axullu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst