Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sümüksüz İvar (Ívarr hinn beinlausi; IX əsr, Danimarka – ən tezi 870 və ən geci 878, İngiltərə) — Tarixi vikinq döyüşçüsü və berserk. Raqnar Lodbrokun ən kiçik

Sümüksüz İvar

  • Ana Səhifə
  • Vikipediya
  • Sümüksüz İvar

Sümüksüz İvar (Ívarr hinn beinlausi; IX əsr, Danimarka – ən tezi 870 və ən geci 878, İngiltərə) — Tarixi vikinq döyüşçüsü və berserk. Raqnar Lodbrokun ən kiçik və ən qəzəbli oğludur.

Sümüksüz İvar
Ívarr hinn beinlausi
Doğum tarixi IX əsr
Doğum yeri
  • Danimarka
Vəfat tarixi ən tezi 870 və ən geci 878
Vəfat yeri İngiltərə
Vəfat səbəbi Xəstəlik
Atası Raqnar Lodbrok
Anası Aslauq

Mündəricat

Həyatı

Saqalara görə İvar Raqnar Lodbrok və Aslauqun ilk övladıdır.Háttalykill inn forni saqasına görə doğularkən onun heç bir sümüyü yox idi. Buna görə ona sümüksüz ləqəbi verilmişdir. Raqnar Lodbrokun Nortumbriya krallığındakı ölümü üzərinə qardaşları ilə birgə İngiltərəni işğala qoşulmuşdur.

Böyük vikinq işğalı

865-ci ildə qardaşı Halfdan Hvitserk ilə Şərqi Anqliya torpaqlarını işğala başlamışdır. 867-ci ildə isə York şəhərini işğal etmişdir. II Aelladan atasının intiqamını almış, qardaşları ilə birgə onu qan qartalı edam şəkli ilə öldürmüşdür. 869-cu ildə Şərqi Anqliya kralı Müqəddəs Edmundu edam edib ölkəsini ələ keçirmişdir. Bu ildən sonra ordusunun bir hissəsini götürərək Dublini işğala getmişdir və orada Dublin krallığı və Adalar krallığının əsasını qoymuşdur. Onun nəsli Ui İmair sülaləsi olaraq tanınır.

Ölümü

İvar 873-cü ildə bilinməyən bir xəstəlik səbəbindən vəfat etmişdir. 1686-cı ildə İngiltərənin Repton kəndində qəbrinin tapıldığı iddia olunur. Raqnar Lodbrok saqasında isə İvar ölümdən əvvəl sahildə basdırılmasını vəsiyyət edir və öz cəsədini ovsunlatdırır. Beləliklə onun ölümündən sonra İngiltərəni heç kim sahildən gəlib işğal edə bilməyəcəkdi. İngiltərənin gələcək kralı, Normandiya hersoqu I Vilyam isə ölkəni işğal edə bilmək üçün onun qəbrini qazır. Lakin görür ki, bədəni çürüməyib. Buna görə də Vilyam onu yandırır və beləliklə ölkəni işğal edir.

Mediada

İvar rolu bəzi tarixi filmlərdə işlənmişdir. 1958-ci ildə The Vikings filmində Sümüksüz İvar rolu Kirk Duqlas tərəfindən ifa edilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sümüksüz İvar haqqında məlumat. Sümüksüz İvar nədir? Sümüksüz İvar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Andaman adaları

  • Fevral 26, 2026

    Qdansk

  • Fevral 27, 2026

    Peykər Sultan

  • Fevral 25, 2026

    Rusca

  • Fevral 27, 2026

    E.ə. 450

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst