Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elektra — Marvel Comics nəşriyyatının yaratdığı komiks personajı. 1981-ci ildə yaradılmışdır. Həyatı Daredevil ilə sıx bağlıdır.

Elektra (personaj)

  • Ana Səhifə
  • Vikipediya
  • Elektra (personaj)

Elektra — Marvel Comics nəşriyyatının yaratdığı komiks personajı. 1981-ci ildə yaradılmışdır. Həyatı Daredevil ilə sıx bağlıdır.

Elektra
ing. Elektra
Nəşriyyat Marvel Comics
Yayım tarixi "Daredevil" #168 (yanvar 1981)
Yaradıcı(lar) Frank Miller
Xüsusiyyətlər
Əsl adı Elektra Natçios
Cinsiyyəti qadın[d]
Boyu 175 sm
Çəkisi 59 kq
Göz rəngi göy
Saç rəngi qara
Növü insan
Vətəndaşlıq
  •  Yunanıstan
Təhsili
  • Kolumbiya Universiteti
Komiks bioqrafiyası
Üzvlükləri İldırımsaçanlar
Qırmızı Kod
Hidra
Əl
Göstərişsiz
Muzdlu Qəhrəmanlar
Partnyorları Daredevil
Düşmənləri Əl
Daredevil
Gücləri Əla döyüş bacarığı
Silahları İki ədəd sai

"Comics Buyer's Guide" jurnalının "Ən gözəl 100 qadın komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur.

Mündəricat

Həyatı

Elektra ilk dəfə "Daredevil" komiksində. (1981)

İlk illəri

Elektranın tam adı Elektra Natçiosdur. Bir yunan diplomatın qızıdır. Matt Murdokla (Daredevil) Kolumbiya Universitetində sevgili olmuşdur. (amma məzun olmamışdır) Bir hadisə zamanı atasının öldürülməsi ona böyük şok yaşatmışdır. Dünyaya küsən Elektra keçmiş həyatını və sevgilisini tərk etmişdir. Həyatına məna qatacaq məşğuliyyət atarırdı. Bunu Yaponiyada tapmışdır.

Döyüş sənəti ustası Çubuqla tanış olan Elektra ondan döyüş öyrənmişdir. Amma Elektranın dünyaya qarşı duyduğu nifrət böyük idi. Bunun fərqinə varan Çubuq onu tərk etmişdir. Özünü ustadına sübut etmək üçün muzdlu qatillərdən ibarət Əl ninja klanına qatılmışdır. Əlin liderləri onun bacarıqların istifadə etməyə başlamışdır. Beləliklə Əl üçün əla döyüşçü olmuşdur. Klan onu öyrətmişdir, amma bu klan yalanlar və hiylələrlə dolu idi. Əl Elektradan istifadə etdikcə onun nifrəti artmışdır. Sonda Ələ üsyan edib Yaponiyadan qaçmışdır.

Daredevil

Muzdlu döyüşçü kimi Elektra bacarıqlarını onu tutmaq istəyənlərə satmağa başlamışdır. Amma həyatı çəmbər kimi idi, nə qədər qaçırsa qaçsın, keçmişi onu təqib edirdi. Bir işə görə Nyu Yorka getməli olan Elektra burada Daredevil ilə qarşılaşmışdır. Qısa müddət sonra onun Matt Murdok və Çubuğun şagirdi olduğunu öyrənmişdir. Daredevil Elektranın üsullarına qarşı çıxmışdır, lakin onlar hələ də bir-birini sevirdilər.

Elektra və Daredevil Ələ qarşı birlikdə vuruşmuşdurlar. Daredevilin baş düşməni Kinqpin tərəfindən ələ alınan Elektra onun baş qatili olmuşdur. Bu işi alması onun tez-tez Daredevillə döyüşməsinə səbəb olmuşdur. Sonunda Mattın ən yaxın dostu Foqqi Nelsonu öldürməsi istənilmişdir. Amma onu öldürmək istəyəndə Foqqi onun kim olduğunu xatırlamışdır və Elektranın onun həyatını bağışlamışdır. Kinqpinin keçmiş muzdlu qatili Hədəf bu statusu qazanmaq üçün Elektranı öldürməyə qərar vermişdir. Hədəf və Elekta döyüşmüşdürlər. Bu döyüşün sonunda Hədəf tərəfindən öz saisi ilə ürəyindən vurulan Elektra Mattın qollarında can vermişdir. Amma ölüm Elekta üçün hələ son deyildi.

Ən yaxşı döyüşçülərindən birini itirmək istəməyən Əl Çubuğun şagirdlərindən biri Stonun köməyi ilə onu yenidən diriltmişdir. Əlin əmrinə tabe olmayan Elektra Daredevili də tərk etmişdir. Uzun müddət ortaya çıxmamışdır. Dünyanın ən yaxşı sui-qəsdçilərin biri olmuşdur.

Gücləri

  • Cenifer Qarner "Daredevil" (2003) filmində Elektra kimi.
    Cenifer Qarner "Daredevil" (2003) filmində Elektra kimi.
  • Cenifer Qarner "Elektra" (2005) filmində Elektra kimi.
    Cenifer Qarner "Elektra" (2005) filmində Elektra kimi.

Elektra heç bir üstün gücə malik deyildir. Əsas bacarığı üstün döyüşçü olmasıdır. Əsas silahı daşıdığı iki saidir.

Filmlər

Elektranın ilk göründüyü ilk film 2003-cü ildə çəkilən "Daredevil" filmi olmuşdur. Filmdə Elektra Natçios rolunu Cennifer Qarner ifa etmişdir. Bu filmdə Elektranın Daredevilə olan sevgisi, atasının öldürülməsi və sonda Hədəf tərəfindən öz saisi ilə qətlə yetirilməsi təsvir olunmuşdur. 2005-ci ildə Elektraya həsr olunmuş "Elektra" filmi çəkilmiş və bu filmdə də Elektranı Cennifer Qarner oynamışdır.

2016-cı ildə ikinci mövsümü çıxacaq "Daredevil" teleserialında Elektra rolunu Eladi Yunq oynayacaq.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elektra (personaj) haqqında məlumat. Elektra (personaj) nədir? Elektra (personaj) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nəzərli (Şəbüstər)

  • Fevral 27, 2026

    Gissen

  • Fevral 28, 2026

    Motiv (ədəbiyyat)

  • Fevral 24, 2026

    Yalova

  • Fevral 27, 2026

    İmpuls

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst