Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səid Nəfisi (fars. سعید نفیسی‎, 8 iyun 1895, Tehran — 13 noyabr 1966, Tehran) — İran ədəbiyyatşünası, yazıçı, tarixçi, ictimai xadim. Tehran universitetinin pro

Səid Nəfisi

  • Ana Səhifə
  • Vikipediya
  • Səid Nəfisi

Səid Nəfisi (fars. سعید نفیسی‎, 8 iyun 1895, Tehran — 13 noyabr 1966, Tehran) — İran ədəbiyyatşünası, yazıçı, tarixçi, ictimai xadim. Tehran universitetinin profesoru (1934), İran Ədəbiyyat və Dil Akademiyasının üzvü (1935).

Səid Nəfisi
Doğum tarixi 8 iyun 1896(1896-06-08)
Doğum yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vəfat tarixi 14 noyabr 1966(1966-11-14) (70 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
İş yerləri
  • Qahirə Universiteti[d],
  • Tehran Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İranın müasir ictimai-siyasi tarixinə, İran, Orta Asiya, Hindistan, rus və Qərbi Avropa ədəbiyyatına dair tədqiqatların, bədii əsərlərin müəllifidir. Babək və Nizami Gəncəvi haqqında tədqiqatları var, 3 dəfə Bakıda olmuş, Ə. Firdovsinin "Şahnamə" poemasının 1000 illiyi şənliklərində (1934), M. F. Axundovun anadan olmasının 150 illik yubileyində (1962) iştirak etmişdir. "Xəzərin o tayına səfərlərim" adlı yol qeydlərində Üzeyir Hacıbəyovla görüşləri haqqında məhəbbətlə söhbət açmışdır. Bəstəkarın Firdovsiyə ithaf olunmuş kantatasını sevə-sevə dinləyən Səid Nəfisi bu əsəri çox yüksək qiymətləndirərək yazmışdır: "...Bakıya gəlməzdən əvvəl də Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını eşitmişdim. Onun "Əsli və Kərəm", "Arşın mal alan", "Məşədi İbad" və qeyri əsərləri fars dilinə tərcümə edilmiş və İranda oynanmışdır. Onun musiqi parçaları İran gənclərinin dilinin əzbəridir. ...Cürətlə deyə bilərəm ki, Azərbaycan musiqi cəhətdən Şərqin İtaliyasıdır. Üzeyir Hacıbəyovun Firdovsiyə ithaf edilmiş notları, musiqisi diqqətə layiqdir".

Homer, Aleksandr Puşkin, Onore de Balzak və başqa yazıçılardan tərcümələr edən, bir də "Fransızca-farsca lüğət" (Fərhəng-i Ferense be Farsi, 1925-30, 2 cild) hazırlayan Nəfisinin tarixi romanları arasında "Ferengiz" (1932), "Sitaregan-i Siyah" (1937; Qara ulduzlar), "Mah-i Nahşeb" (1955; Nahşəb ayı) əsərləri məşhurdur. "Qabusnamə"nin ən güvənilir yayımını aparan Nəfisinin ayrıca fars dili və ədəbiyatı üzərinə bir çox incələmə və araşdırması da var.

Ədəbiyyat

  • Гиунашвили Л. С. Саид Нафиси. — В кн.: Труды Тбилисского государственного университета. — Серия востоковедения. — Т. 91, вып. 2. — 1960.
  • Комиссаров Д. С. Очерки современной персидской прозы. — М., 1960.
  • Комиссаров Д. С. С. Нафиси — выдающийся учёный и писатель современного Ирана // Народы Азии и Африки. 1962, № 2.
  • Гиунашвили Л. С. Художественная проза С. Нафиси. — Тбилиси, 1966.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səid Nəfisi haqqında məlumat. Səid Nəfisi nədir? Səid Nəfisi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nitq hissələri

  • Fevral 27, 2026

    Vetluqa

  • Fevral 27, 2026

    Mahmud Abbas

  • Fevral 23, 2026

    Qanunverici hakimiyyət

  • Fevral 27, 2026

    Bastiliyanın alınması

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst