Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Houard Karter (9 may 1874[…] – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon tü

Houard Karter

  • Ana Səhifə
  • Vikipediya
  • Houard Karter

Houard Karter (9 may 1874[…] – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir.

Houard Karter
ing. Howard Carter
Doğum tarixi 9 may 1874(1874-05-09)[…]
Vəfat tarixi 2 mart 1939(1939-03-02)[…] (64 yaşında)
Vəfat yeri
  • London, London qraflığı[d], İngiltərə, Birləşmiş Krallıq
Vəfat səbəbi limfoma
Dəfn yeri
  • Patni-Veyl qəbiristanlığı[d]
Elm sahələri Misirologiya, arxeologiya, antropologiya
Mükafatları Order of Leopold II "Nil" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir.

Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi. Həmçinin Lord Carnavon ilə də şiddətli bir mübahisələr aparmışdır. Carnavonun sağlığı dövründə olmasa da, onun ölümündən sonra Lady Evelyn ilə evləndi.

Howard həyatının sonlarında yoxsulluqdan əziyyət çəkmişdir.

Əsərləri

  • IV. Tutmosun Türbəsi (1904)
  • Tutanxamon Türbəsi (ilk iki cild 1923; 3-cü cild 1933)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Houard Karter haqqında məlumat. Houard Karter nədir? Houard Karter nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Avstraliya (qitə)

  • Fevral 23, 2026

    Şimal boğazı

  • Fevral 23, 2026

    Klark Abel

  • Fevral 20, 2026

    Muxtar

  • Fevral 24, 2026

    E.ə. 754

Trend Mahnılar
  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst