Oliver Kromvel (ing. Oliver Cromwell; 25 aprel (5 may) 1599[…] – 3 (13) sentyabr 1658[…]) — İngiltərə burjua inqilabının başçısı. 1643-1650-ci illərdə Parlament ordusunun general-leytenantı. 1650-1653-ci illərdə Lord-General, 1653-1658-ci illərdə İngiltərənin, İrlandiyanın və Şotlandiyanın Lord-Protektoru. 3 sentyabr 1658-ci ildə malyariyadan və ya zəhərlənmədən həlak olub. Ölümündən sonra qəbirindən çıxarılaraq asılıb daha sonra isə şaqqalanıb (İngiltərədə vətən xainləri üçün nəzərdə tutulmuş cəza).
| Oliver Kromvel | |
|---|---|
| Oliver Cromwell | |
![]() Oliver Kromvelin Samuel Cooper tərəfindən çəkilmiş portreti. | |
İngiltərənin, Şotlandiyanın və İrlandiyanın 1-ci Lord-Protektoru | |
| 1653 16 dekabr – 1658 3 sentyabr | |
| Əvvəlki | Karl I (İngiltərə) Karl II (Şotlandiya) |
| Sonrakı | Riçard Kromvel |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Vəfat tarixi | |
| Vəfat yeri | İngiltərə, London |
| Vəfat səbəbi | malyariya |
| Dəfn yeri | |
| Partiya |
|
| Fəaliyyəti | hərbi lider[d], siyasətçi, fermer, ordu zabiti[d] |
| Atası | Robert Kromvel |
| Anası | Elizabet Styuart |
| Həyat yoldaşı | Elizabet Burşir |
| Uşaqları | Robert Kromvel Bridcit Kromvel Riçard Kromvel Henri Kromvel Elizabet Kromvel Mariya Kromvel Frensis Kromvel |
| Dini | Xristan (katolik) |
| Hərbi xidmət | |
| Döyüşlər |
|
| Rütbəsi | |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | kənd təsərrüfatı |
| Tanınır | İlk Lord-Protektor |
| | |
![]() | |
Bioqrafiya
Oliver Kromvel 1599-cı ildə Kembricdə mülkədar Puritan ailəsində doğulub. Xatinqdondakı məktəbdə təhsil alır, 1616-1617-ci illərdə Sidney Sasseksa kollecində təhsilin davam etdirir.
Vətəndaş müharibəsindən qabaq Oliver Kromvel adi Skvayr-Mülkədar idi. Hüquq fakultəsini tərk edəndən sonra Mülkədar qızı ilə evlənməyə məcbur oldu.
Hərbi karyera

Vətəndaş müharibəsinin başlanğıcında Kromvel 60 atlıdan ibarət dəstənin kapitanı idi.
Kromvelin sərkərdəlik bacarığı Marston-Mur döyüşündə (1644) bəlli oldu. Kromverlin ordusu dalbadal kralın tərəfdaşları üzərində qələbələr qazanırdı. Kromvelin ordusu I Karlın ordusu üzərində qələbə qazanaraq Vətəndaş müharibəsini bitirir.
Oliver Kromvel lazimi hüquqlar qazanandan sonra parlamentin yuxarı palatasını ləğv edir və dostları hərbi-protestantlardan ibarət yeni heyət yaradır.
Oliver Kromvel hakimiyyətə gələndən sonra yeni qanunlar qəbul edir:
- Orduda duellərə qadağa qoyulur.
- Vətəndaş nikahlarının hüquqi statusu.
- Bütün kral əmlakı dövlətin xəzinəsinə köçürülür.
Kromvel Generalissimus titulu alır daha sonra isə hakimiyyəti tam olaraq əlinə keçirəndən sonra yeni titul (Lord-Protektor) alır.
Kromvel və onun ordusu azadlıq uğrunda qanlı döyüşlərdən keçərək hakimiyyəti əlinə alandan sonra azadlığın yerinə diktatura yaradır. Kromvel güc istifadə edərək İrlandiyada və Şotlandiyada üsyanı dayandırır. 3 sentyabr 1650-ci ildə Danbara döyüşündə Kromvelin ordusundan sayca iki dəfə böyük olan Şotlandiya ordusu Kromvelə məğlub olur. Daha sonra isə ölkəni 12 qubernatorluğa bölür.
Ölümü
Oliver Kromvel 3 sentyabr 1658-ci ildə ölür. Kromvelin ölümündən sonra yeni Lord Protektor onun böyük oğlu Riçard Kromvel olur. Riçard Kromvelin hakimiyyəti zamanında ölkədə xaos yaranır və Zadəganlar Riçard Kromvelin yerinə taxta I Karlın oğlu II Karlı gətirirlər. Bundan sonra isə Oliver Kromvelin cəsədi qəbrindən çıxarılır, asılır və şaqqalanır (İngiltərədə vətən xainləri üçün nəzərdə tutulmuş cəza)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oliver Kromvel haqqında məlumat. Oliver Kromvel nədir? Oliver Kromvel nə deməkdir?

