Hesablama sistemi – hərəkəti öyrənmək üçün istifadə edilən istinad (hesablama) cismi, ona bağlı koordinat sistemi və saatdan ibarət sistem.
Məsələnin həllində əlverişli hesabat sisteminin seçilməsi çox əhəmiyyətlidir. Məsələn, heliosentrik sistemdə planetlərin hərəkəti sadə qanunlarla ifadə edilir. Hesablama cisminə bağlanmış ixtiyari koordinat sisteminin (polyar, silindrik, Dekart) vəzifəsi hərəkətin fəzada konkret yerini bilməkdir. Hərəkəti zamana görə təsvir etmək üçün koordinat sisteminin müxtəlif nöqtələrində bir-birilə sinxronlaşdırılmış saatlar yerləşdirilir.
Müxtəlif hallarda maddi nöqtənin çatdığı nöqtələrin koordinatlarını ölçərək x (i), y (t), z (t) asılılığı müəyyən edilir. Bu asılılıqlar baxılan hərəkətin seçilmiş hesablama sisteminə nəzərən hərəkət tənliklərini ifadə edir.
Bütün hesablama sistemləri kinematik ekvivalentdir. Dinamika məsələlərinin həllində ətalət və təcilli hesablama sistemlərindən istifadə edilir.
Həmçinin bax
- Hesablaşma vərəqi
- Hesablama arqumenti
- Hesablama buludları
- Hesablama hüququ
- Hesablama nəzəriyyəsinin əsasları üzrə beynəlxalq simpozium
- Hesablama Məhkəməsi (Türkiyə)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hesablama sistemi haqqında məlumat. Hesablama sistemi nədir? Hesablama sistemi nə deməkdir?