Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dinamika — fizikada hərəkəti, onu doğuran səbəbi nəzərə almaqla öyrənən bölmədir. Mexanikanın səbəbiyyət prinsipi — cismin başlanğıc vəziyyəti və sürəti onun so

Dinamika

  • Ana Səhifə
  • Vikipediya
  • Dinamika

Dinamika — fizikada hərəkəti, onu doğuran səbəbi nəzərə almaqla öyrənən bölmədir. Mexanikanın səbəbiyyət prinsipi — cismin başlanğıc vəziyyəti və sürəti onun sonrakı mexaniki hərəkətini və vəziyyətini müəyyənləşdirir müddəasından ibarətdir. Ətalət — cismə qüvvə təsir etmədikdə öz sükunət və ya bərabərsürətli hərəkət halını saxlama xassəsidir. Kütlə — cismin ətalət ölçüsüdür. Deməli, cismin sükunət və düzxətli bərabərsürətli hərəkət halı, Əbülhəsən Bəhmənyarın XII əsrdə dediyi kimi, xarici təsirə məruz qalmayan bütün cisimlərin təbii halıdır. Qalileyin ətalət prinsipi — cisim xarici təsirə məruz qalmazsa, ya sükunətdə qalar, ya da sabit sürətli hərəkətini davam etdirər. Dinamikanın üç qanunu klassik və ya Nyuton mexanikasının əsasını təşkil edir:

  • Cismə başqa cisimlər təsir etmədikdə və ya ona edilən təsirlər bir-birini tarazlaşdırdıqda o sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır.
  • Cismin hərəkət təcili ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, kütləsi ilə tərs mütənasib olub, əvəzləyici qüvvənin təsiri istiqamətində yönəlir: a=F/m və ya F=ma.
  • İki cismin qarşılıqlı təsir qüvvəsi qiymətcə bərabər olub istiqamətcə əksdir, F1=-F2 .

Bu qanunlar Nyuton qanunları da adlanır. Bütün hərəkətlər müəyyən hesablama sisteminə görə öyrənilir. Ətalət hesablama sistemi (ƏHS)-dinamikanın birinci qanunu ödənilən hesablama sistemidir. Koordinat başlanğıcı Günəşin mərkəzində yerləşən hesablama sistemi ƏHS qəbul edilir. Bir hesablama sisteminə nəzərən sabit sürətlə hərəkət edən hesablama sistemi də ƏHS adlanır. Yer Günəşə nəzərən təcillə hərəkət etsə də bəzi hallarda Yerlə bağlı hesablama sistemi ƏHS kimi qəbul edilə bilər.

Ədəbiyyat

  • A. Mehrabov. Fizika kursu. Bakınəşr səh.29
  • X. Şirinov . Fizika.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dinamika haqqında məlumat. Dinamika nədir? Dinamika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Predmet

  • Fevral 27, 2026

    Sanskrit dili

  • Fevral 28, 2026

    Yozef Haydn

  • Fevral 27, 2026

    Nəşriyyat

  • Fevral 27, 2026

    Seyfəddin Dağlı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst