Sennaxerib (təq. e.ə. 745, Nimrud, Yeni Assuriya imperiyası – 20 oktyabr e.ə. 681, Nineviya, Yeni Assuriya imperiyası) — Assuriya hökmdarı
| Sennaxerib | |
|---|---|
| |
| Doğum tarixi | təq. e.ə. 745 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 20 oktyabr e.ə. 681 (63–64 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
| Uşaqları | |
| Atası | II Sarqon |
| Fəaliyyəti | hökmdar[d] |
| | |
Babilistanı yerlə yeksan edir
O,e.ə 702-ci ildə Babil şəhərini tutdu. Babilistan taxtına isə Belibnini əyləşdirdi.Lakin e.ə 700-cü ildə Mardukaplaiddin Elam dövlətinə arxalanaraq yenidən hərbi əməliyyata hazırlaşdı.Sennaxerib ona qarşı böyük hərbi dəstə çıxartdı.Mardukaplaiddin döyüşə girməkdən çəkindi və Elamın cənubundakı bataqlıq vilayətinə qaçdı.E.ə 691-ci ildə digər Xald tayfa başçısı Muzeşib-Marduk Assuriyaya qarşı üsyan qaldırdı. Bu dəfə Babilistanın müttəfiqi Elam,o cümlədən Zaqros dağlarında yaşayan tayfalar idi.Babil və Elam birgə qoşununa Elam hökmdarı Humbannimena başçılıq edirdi. Halul(Dəclə çayının üzərində) adlanan yerdə baş vermiş döyüş bərabərə bitdi.Hər iki tərəfdən xeyli itkilər oldu. Assurilər geri qayıtdılar,rəqiblər isə onları izləməyə qadir deyildilər. E.ə 690-cı ildə Elam hökmdarını iflic vurdu.Bunu eşidən Sennaxerib Babil şəhərini mühasirəyə aldı.Şəhərdə aclıq başladı.Ərzaqın qiyməti 75 dəfə artdı.Adamlar acından qırıldılar.E.ə 689-cu ildə dünyanın mədəniyyət mərkəzi olan Babil şəhəri təslim oldu.Muzeşib-Marduk əsir düşdü.Sennaxerib şəhər əhalisinə divan tutdu,şəhəri yerlə yeksan etdi.Dağıntı o qədər böyük idi ki, bütün dünyanı sarsıtmışdı.Bundan sonra Babil təxminən yarım əsr (E.ə 689-626) Aşşurun hakimiyyəti altında qaldı.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sennaxerib haqqında məlumat. Sennaxerib nədir? Sennaxerib nə deməkdir?
