Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb his

Şida Kartli

  • Ana Səhifə
  • Vikipediya
  • Şida Kartli

Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır.

Şida Kartli
შიდა ქართლის მხარე

41°58′54″ şm. e. 44°06′44″ ş. u.HGYO


Ölkə
  •  Gürcüstan
İnzibati mərkəz Qori
Tarixi və coğrafiyası
Yaradılıb 1995
Sahəsi
  • 4.807 km²
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 254.100 ± 100 nəf. (2021)
Rəqəmsal identifikatorlar
ISO kodu GE-SK
Rəsmi sayt
Şida Kartli xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İnzibati bölgüsü

Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir:

  • Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır
  • Xaşuri bələdiyyəsi
  • Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır
  • Kaspi bələdiyyəsi
  • Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır

Coğrafiyası

Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi.

Tarixi

Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.

Əhalisi

Cənubi Osetiyanın işğalında qalan ərazini çıxmaqla İç Kartlinin əhalisi 2014-ci ilin qeydiyyata alınmasına əsasən 263.382 nəfərdir. Onların çoxsu etnik gürcülər (249.479 nəf. və ya 94,7%), azı isə azərbaycanlılar (5.501 nəf. və ya 2,1%), osetinlər (4.668 nəf. və ya 1,8%), ermənilər (2.072 nəf. və ya 0,8%), ruslar (758 nəf. və ya 0,3%) və digərləridir.

Osetinlər tarixən şərtli olaraq Trialeti Osetiyası adlı bölgədə yaşayıblar, lakin Cənubi Osetiya münaqişəsi nəticəsində böyük qismi bu ərazini tərk etmişdir. Azərbaycanlılar Kaspi (5 kənd) və Qori (2 kənd) bələdiyyələrində sıxca, Kareli bələdiyyəsində isə gürcü və osetinlərlə qarışıq yaşayırlar.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şida Kartli haqqında məlumat. Şida Kartli nədir? Şida Kartli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Padua Universiteti

  • Fevral 27, 2026

    Moskva çayı

  • Fevral 27, 2026

    Folk-musiqi

  • Fevral 27, 2026

    Astrometriya

  • Fevral 14, 2026

    Parlament respublikası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst