Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hudzon körfəzi (ing. Hudson Bay, fr. baie d'Hudson, inuktitut Kangiqsualuk ilua) — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan və birbaşa boğaz vatəsi ilə Atl

Hudzon körfəzi

  • Ana Səhifə
  • Vikipediya
  • Hudzon körfəzi

Hudzon körfəzi (ing. Hudson Bay, fr. baie d'Hudson, inuktitut Kangiqsualuk ilua) — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan və birbaşa boğaz vatəsi ilə Atlantik okeana çıxışı olan körfəzdir (Faktiki olaraq isə Hudzon daxili dənizdir). Körfəz Kanadanın Kvebek, Ontario, Manitoba və Nunavut vilayətlərinin ərazisi ilə hüdudlanır. Labrador dənizi ilə Hudzon boğazı vastəsilə birləşir, Şimal Buzlu okean ilə Foks körfəzi vastəsilə birləşir. Körfəzin sahəsi 1,23 milyon km² təşkil edir.

Hudzon körfəzi
ing. Hudson Bay, fr. baie d'Hudson, inuktitut Kangiqsualuk ilua
Hudzon körfəzi qış zamanı
Hudzon körfəzi qış zamanı
Ümumi məlumatlar
Tip Körfəz
Sahəsi
  • 1.230.000 ± 1 km²
Dərin yeri 258 m
Yerləşməsi
60°00′ şm. e. 90°00′ q. u.HGYO
Ölkə  Kanada
Akvatoriyası
  • Şimal Buzlu okean
Hudzon körfəzi xəritədə
Hudzon körfəzi
Hudzon körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dərinliyi 258 metrdir. Oktyabrdan iyul ayına qədər buzla örtülü olur. Sularında Terka, Kambala və seld kimi balıqlar tutulur. Suiti bölgə üçün əhəmiyyətlidir. Əsas limanları Çörçil və Port-Nelsondur.

Körfəzin daxilində bir sıra adalar vardır: Sauthempton (ada), Kots, Mansel, Nottinqem, Solsberi, Lonq-Aylend, Belçer adaları, Ottava adaları, Sliper adaları.

Korfəzə axan ən iri çaylar: Telon, Çörçil, Nelson, Severn, Uinisk, Xeys, Kaskattama, Ketl, Niskibi, Ta-Ann, Tleviaza, Karibu, Sil, Nastapoka, Ptit-Balen, Qrand-Balen, Kоqаluk, Pоvоnqnituk.

Mündəricat

Geologiya

Körfəz b.e.ə 6200 il iqlim dəyişikliyi nəticəsində nəhəng buz gölünün çökəkliyə dolması nəticəsində meydana gəlmişdir. Bununla belə dəqiq tarix mübahisə doğurur.

Tarixi

Hudzon körfəzinə təşkil edilən ekspedusiyaların əsas istiqamətləri

Körfəzə ilk daxil olan avropalı Sebastyan Kabot olmuşdur. O, 1506—1509-ci illərdə Hindistana gedən Şimal-Qərb keçidini tapmaq məqsədilə bölgəyə ekspedisiya təşkil etmişdir. 1610-ci ildə ingilis dənizçi Henri Hudzon körfəzin şərq sahillərini tətqiq etmişdir. Bu səbəbdən körfəzin bu sahili onun şərəfinə adlandırılmışdır. Hudzon məhz körfəzin bu hissəsində üsyan qaldırmış heyət üzvləri tərəfindən tərk edilmişdir. Bu hadisədən sonra onun haqqında heç bir məlumat yoxdur. 1612—1613-ci illərdə körfəzin qərb sahillərini Tomas Battonun təşkil etdiyi ekspedisiya tətqiq edir. Onun eskpedisiyası körfəzdə yerləşən bir sıra coğrafi obyektlərin açılışını etmiş və onları adlandırmışdır. 1631-ci ildə körfəzin örgənilməsi üçün Tomas Ceyms böyük tədqiqat işləri aparır. Körfəzin cənub-şərq hissəsi onun şərəfinə adlandırılır. 1631 ildə əraziyə ekspedisiya təşkil edən Lyuk Foks həlak olmuşdur. 1670-ci ildə körfəz Hudzon körfəz Kompaniyası tərəfindən daha ətraflı tətqiq edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hudzon körfəzi haqqında məlumat. Hudzon körfəzi nədir? Hudzon körfəzi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vətəndaş haqqında

  • Fevral 27, 2026

    Dividend

  • Fevral 10, 2026

    Tatarlar

  • Fevral 27, 2026

    İjon-Piser Sullyet

  • Fevral 27, 2026

    Məsum

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst