Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uzunluğu 119 km, hövzəsinin sahəsi 657 km²-dir. Çay Qarabağ silsiləsinin Hacıyurd (2397 m), Uyuxlu (2316 m), Çiçəkli (2343 m) və Alaqaya (2583 m) dağlarından ba

Xaçınçay

  • Ana Səhifə
  • Vikipediya
  • Xaçınçay

Xaçınçay və ya Xaçın çayı — Kürün sağ qolu. Kəlbəcər, Ağdam, Bərdə rayonlarından axır.

Xaçınçay
Xəritə
Ölkə  Azərbaycan
Rayonlar
  • Ağcabədi rayonu
  • Ağdam rayonu
  • Bərdə rayonu
Mənbəyi Hacıyurd, Uyuxlu,
Çiçəkli, Alaqaya
 • Yüksəkliyi 1800 m
Mənsəbi Kür
 • Yüksəkliyi 190 m
Uzunluğu 119 km
Su sərfi 3,2 m³/san
Su sistemi Kür/Xəzər dənizi
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 657 km²
Xaçınçay (Azərbaycan)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Xaçınçay Azərbaycanın fiziki xəritəsində:

40°00′13″ şm. e. 46°19′37″ ş. u.HGYO

40°15′12″ şm. e. 47°27′23″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ümumi məlumat

Xaçın çayı

Uzunluğu 119 km, hövzəsinin sahəsi 657 km²-dir. Çay Qarabağ silsiləsinin Hacıyurd (2397 m), Uyuxlu (2316 m), Çiçəkli (2343 m) və Alaqaya (2583 m) dağlarından başlayan bulaqların birləşməsindən əmələ gəlir. Suyunu qar (26%), yağış (38%) və yeraltı (36%) sulardan alır. Yazda yağış suları çayda daşqınlar əmələ gətirir. Daşqın dövründə illik axımının 40-50%-i keçir. Orta illik su sərfi 3,20 kub m/san-dir. Bunun da 65-70%-i yaz və yay, 15-20%-i isə payız və qış fəsillərində keçir. İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 15-17%-i keçir.

Çayın asılı gətirmələr sərfi 0,19 kq/san, orta lillənməsi isə 60 q/kub m-dir. Suyu orta minerallaşmaya (300-500 mq/l) malik olmaqla hidrokarbonatlı-kal-siumludur.

Xaçınçayın üzərində su anbarı (su tutumu 23 mln kub m) yaradılmışdır.

Toponimi

Kəlbəcər, Ağdam və Bərdə r-nları ərazisində çay. Kür çayının sağ qoludur. Mənbəyini Qarabağ silsiləsindən (Uyuxlu dağından c.-da, 2100 m. yüksəklikdən) alır. Mühüm qolu Kolatağdır. Məcrasında Xaçınçay su anbarı yaradılmışdır (1964). Hidronim Qafqaz Albaniyasının Xaçın əyalətinin adından yaranmışdır. Bu əyalətin adı ilk dəfə mənbələrdə VII-X əsrlərin hadisələri ilə bağlı çəkilir. XII əsrdə Arsaxda (Yuxarı Qarabağ) Xaçın hökmdarlığı yaranmış, tarixi Xaçın qalası bu hökmdarlığın ərazisində olmuşdur. XIII əsrdə monqollar həmin qalanı dağıtmış və Xaçın hökmdarlığına son qoymuşdular.

Həmçinin bax

  • Azərbaycan çayları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xaçınçay haqqında məlumat. Xaçınçay nədir? Xaçınçay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Rüzgar Əfəndiyeva

  • Fevral 27, 2026

    Lətif Feyzullayev

  • Fevral 27, 2026

    BBC Scotland

  • Fevral 27, 2026

    Gilermo Kovas

  • Fevral 27, 2026

    Elçin Şıxlı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst