Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi.

Binə (Xəzər)

  • Ana Səhifə
  • Vikipediya
  • Binə (Xəzər)

Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi.

Binə
40°27′ şm. e. 50°05′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Xəzər rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub XVII əsr
Mərkəzin hündürlüyü 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 56.928 nəf. (2019)
Xəritəni göstər/gizlə
Binə xəritədə
Binə
Binə

Mündəricat

Tarixi

Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar.

Mədəniyyəti

Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir.

Coğrafiyası və iqlimi

İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir. Ərazisinin çox hissəsində yarımsəhra landşaftı üstünlük təşkil edir. Son illərdə əhalinin qəsəbəyə güclü miqrasiyasının nəticəsi olaraq, antropogenləşmə çox yüksəkdir.

Torpağı tipik boz-qonur və onun növləridir.Ümumən, Binə torpağı aşağı keyfiyyətli olsa da,suvarılan və gübrələnən torpaqlarda məhsuldarlıq yüksəkdir.

Qəsəbə ərazisində yerləşən Beynəlxalq Hava Limanının şüalandırıcı və radioaktiv təsirinin zeytun və digər ağaclara zərərverici təsiri müşahidə edilir. Bu amil nəzərə alınmazsa, qarağac, nar, badam, zeytun həmçinin, şam, küknar ağacları yaxşı bitir və məhsul verir.Binə qəsəbəsində Əhalinin sürətli artmasına baxmayaraq gecə vaxtı həyətyanı sahillərdə az da olsa, çöl tülküsü Çaqqal görmək mümkündür.

Həmçinin tısbağa kirpi bayquş nadirən də olsa görmək olar.Ən çox isə Küçələrdə sahibsiz it və pişiklər o cümlədən sərçə göyərçin yarasa yazda qaranquş görmək adi haldır.

Əhalisi

Burada ilk məskunlaşan əhali bəzi mənbələrə görə Kürkəndinin əhalisi, bəzi mənbələrə görə isə Nardaran kəndinin əhalisini olmuşdur. Qəsəbə əvvəllər Nardaran əhalisinin otlaq ərazisi olmuş və ilk məskunlaşan da məhz Nardaranlılar olmuşdur.[mənbə göstərilməlidir] 1989-cu ildə SSRİ-də keçirilən əhalinin siyahıyaalmasına əsasən Binə qəsəbəsinin əhalisinin sayı 22.809 nəfər təşkil edirdi. Hal-hazırda Binə qəsəbəsində qeyri-rəsmi məlumatlara görə 150.000-dən çox, statistik məlumatlara görə isə, təqribən 55.000 — 60.000 insan məskunlaşıb və son illərdə bu rəqəm qəsəbənin şəhərləşməsi ilə, dinamik sürətdə artmağa davam edir.

Binə əhalisinin etnik tərkibini, əsasən, Nardaran , Kürkənd əhalisi və bundan əlavə Talış rayonlarından (Lerik ,Lənkəran, Astara, Masallı və s.) və aran rayonlarından təsərrüfat məqsədilə köçüb gələn insanlar təşkil edir. Binə sovxoz əhalisinin böyük əksəriyyətini ( Lerik , Naxçıvan və Cənub rayonlarından gələn insanlar həmçinin Gürcüstan gəlmələri ) təşkil edir . Tarixi Nardaran, Maştağa əhalisinin də böyük qismi Binədə məskunlaşıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Binə (Xəzər) haqqında məlumat. Binə (Xəzər) nədir? Binə (Xəzər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Coraciiformes

  • Fevral 24, 2026

    17 dekabr

  • Fevral 27, 2026

    Blok-sxem

  • Fevral 27, 2026

    Homo rudolfensis

  • Fevral 27, 2026

    Neytral sular

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst