Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kamran Əsəd oğlu Hüseynov (15 dekabr 1913, Çərəli, Zəngəzur qəzası – 19 aprel 2006, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordeni laureatı

Kamran Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Kamran Hüseynov

Kamran Əsəd oğlu Hüseynov (15 dekabr 1913, Çərəli, Zəngəzur qəzası – 19 aprel 2006, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordeni laureatı.

Kamran Hüseynov
Azərbaycan Ticarət və Sənaye Palatasının sədri
1980 – 1993
SonrakıSüleyman Tatlıyev
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
28 fevral 1968 – 24 mart 1980
SədrƏnvər Əlixanov
Əli İbrahimov
Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının Katibi
10 iyun 1961 – 27 fevral 1968
ƏvvəlkiSolovyov Nikolayeviç
SonrakıDanilin Qriqoryeviç
Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri
9 may 1958 – 9 iyun 1961
ƏvvəlkiŞəfiqə Bədəlova
SonrakıQüdrət Dadaşov
Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi
1953 – 1958
Azərbaycan Kommunist Partiyası Neftçala Rayon Komitəsinin birinci katibi
1952 – 1953
Azərbaycan Kommunist Partiyası Binəqədi Rayon Komitəsinin birinci katibi
1945 – 1947
Şəxsi məlumatlar
Doğum tarixi 15 dekabr 1913(1913-12-15)
Doğum yeri
  • Çərəli, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 19 aprel 2006(2006-04-19) (92 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1939–1991)
Təhsili
  • Xarkov İnşaat Mühəndisləri İnstitutu[d] (1938–1940),
  • Azərbaycan Sənaye İnstitutu (1940–1941),
  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsi[d] (–1949),
  • Azərbaycan Mərkəzi Sovet-Partiya Məktəbi (–1949)
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tarix elmləri doktoru

Təltifləri "Şöhrət" ordeni — 19981998 "Dostluq" ordeni (Rusiya) — 2003
"Qırmızı əmək bayrağı" ordeni — 19581958 "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni — 19461946 "Əmək igidliyinə görə" medalı — 19401940 "Əmək igidliyinə görə" medalı

Həyatı

Kamran Hüseynov 15 dekabr 1913-cü iidə Zəngəzur qəzasının Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938–1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940–1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir.

Kamran Hüseynov 1941–1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944–1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945–1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952–1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953–1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.

Kamran Hüseynov 1958–1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961–1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968–1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980–1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.

O, 1967-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almışdır.

O, uzun illər Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərmişdir.

Kamran Hüseynov Azərbaycan Respublikasının ali mükafatı — "Şöhrət" ordeni ilə təltif edilmişdir. 11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Kamran Əsəd oğlu Hüseynov 2006-cı il aprelin 20-də ömrünün 93-cü ilində vəfat etmişdir.

Ailəsi

Hicran Hüseynovanın atasıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kamran Hüseynov haqqında məlumat. Kamran Hüseynov nədir? Kamran Hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kitasato Universiteti

  • Fevral 27, 2026

    Qarluq xaqanlığı

  • Fevral 27, 2026

    S:Nəbə surəsi

  • Fevral 27, 2026

    DMG Media

  • Fevral 27, 2026

    Kodansha

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst