Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xəzər Televiziyası — 5 oktyabr 2007-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın hakimiyyətyönümlü dövlət telekanallarından biri.

Xəzər TV

  • Ana Səhifə
  • Vikipediya
  • Xəzər TV

Xəzər Televiziyası — 5 oktyabr 2007-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın hakimiyyətyönümlü dövlət telekanallarından biri.

Xəzər TV
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azerspace-1 peyklərinin əhatə dairələri
Dil Azərbaycan dili
Baş qərargah Süleyman Əhmədov küç. 2, Bakı, Azərbaycan
Yaranma tarixi 5 oktyabr 2007 (20:00)
Sahibi SOCAR Media
Rəhbərlik Murad Dadaşov (2020-ci ildən)
Şüar Sevgi əsasdır!
Qardaş kanallar Xəzər FM
Araz FM 103.3
CBCHD
CBC SportHD
Sayt xezertv.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixçə

Xəzər TV 5 oktyabr 2007-ci ildə "Ailənizin Xəzəri" sloqanı ilə fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı dövrdə telekanalın prioriteti xəbər yayımı olmuşdur. Yayım həyatına "Xəbərlər" proqramı ilə başlayıb. 2009-cu ildə Azərbaycan Dövlət Nəşriyyatında 2000 m²-ə yaxın ərazini əhatə edən studiyaların təmir–tikinti işinə start verdi. 2010-cu ilin avqust ayında hazırkı binanın tikintisinə başlandı. İlk studiya verilişi "Xəzərin sahilində" adı ilə efirə çıxıb.

2010–2011-ci illərdə Azərbaycanda ilk dəfə sitkom janrını tamaşaçı ilə tanış edərək "Aramızda qalsın" və "Qayınana" seriallarını efirə təqdim etdi.[mənbə göstərilməlidir]

2016-ci ildə Zaqafqaziyada ərazisinə görə ən böyük telekanal binası olan inzibati binaya köçdü.[mənbə göstərilməlidir] 1,2 hektar ərazidə, 6750 m²-lik tikinti hissəsində, 25.000 m² bağlı sahədə tikilən yeni inzibati bina 10 mərtəbədən ibarətdir. Binada 2500 m²-lik 5 çəkiliş studiyası, 1000 m²-lik böyük şou studiyası, 250 m²-lik 3, 500 m²-lik 1, 250 m²-lik 1 studiya, bu studiyaları idarə edən 3 efir studiyası var.

2016-cı ildə "AGB" reytinq hesablama şirkətinin rəyinə əsasən reytinqlərdə birincilik əldə etdi.[mənbə göstərilməlidir] 2017-ci il sentyabrın 18-də "Xəzər TV" Bakı şəhəri üzrə HD yayım formatına keçib.

5 mart 2020-ci il tarixindən “Xəzər TV” MMC-nin səhmləri “SOCAR Media” qrupunun balansına keçib. Murad Dadaşov "Xəzər TV" MMC-nin baş direktoru təyin olunub. 28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib. Azərbaycan Mediasında ilk 1 milyon abunəçi sayı olan kanal da məhz Xəzər TV-nin "Xəzər Media" kanalı oldu.[mənbə göstərilməlidir]

Müvəqqəti dayandırılması

7 may 2020-ci ildə "Qəlb oğrusu" bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulmuşdur. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 13 may 2020-ci il tarixli 7/2 nömrəli qərarı ilə Xəzər TV-nin yayımı 18 may 2020-ci ildə saat 08:00-dən 09:00-dək 1 saatlıq dayandırılıb. Telekanal saat 09:00-da fəaliyyətini bərpa edib.

5 avqust 2020-ci ildə saat 18:00–19:00 arası müddətdə 16 dəqiqə 50 saniyə reklam yayımlanması "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 14 avqust 2020-ci il tarixli 11/2 nömrəli qərarı ilə Xəzər TV-nin yayımı 24 avqust 2020-ci ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.[mənbə göstərilməlidir]

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xəzər TV haqqında məlumat. Xəzər TV nədir? Xəzər TV nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qarabağlar (Şərur)

  • Fevral 27, 2026

    Aşağı Kaliforniya

  • Fevral 27, 2026

    Antiteza

  • Fevral 24, 2026

    Turan

  • Fevral 27, 2026

    Adamöldürmə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst