Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Poliomielit — sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Yoluxma fekal-oral (çirkli əllər, yo

Poliomielit

  • Ana Səhifə
  • Vikipediya
  • Poliomielit

Poliomielit — sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Yoluxma fekal-oral (çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular və s.) və ya hava-damcı yolu ilə, əsasən ağız boşluğuna virusun düşməsi ilə baş verir. Poliomielitə, adətən, 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. Ən çox 5 yaşadək uşaqlar xəstələnirlər. Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3–35 gün ərzində müşahidə olunur.

Poliomielit
XBT-10-KM A80.9, A80, A80.3, A80.2, A80.4, A80.1, A80.0
XBT-9-KM 045, 045.9, 045.92, 045.90
DiseasesDB 10209
MedlinePlus 001402
MeSH D011051
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xəstəlik, adətən, soyuqdəymə simptomları və hərarətin yüksəlməsi ilə başlayır. Bir qədər sonra xəstədə möhkəm əzələ ağrıları və süst ifliclər inkişaf edir. Bu zaman ətraflardan birinin, yaxud hər ikisinin hərəkət aktivliyi itir və tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir. Süni tənəffüsün verilməsi üçün xüsusi ləvazimatdan istifadə olunmadıqda, xəstəlik ölümlə nəticələnə bilər. Poliomielitin diaqnozu yalnız laborator müayinə nəticəsində qoyulur.

Poliomielit əleyhinə xüsusi müalicə yoxdur. Xəstənin müalicəsi yalnız xəstəliyin simptomlarının (hərarətin yüksəlməsi, iştahasızlıq, əzginlik, əzələ və baş ağrıları və s.) yüngülləşdirilməsindən ibarətdir. Poliomielit keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir. Adekvat fizioterapiya olmadıqda iflicə məruz qalmış əzələlərin funksional aktivliyi bərpa olunmur.

Əzələ aktivliyinin bərpası orqanizmin fərdi xüsusiyyət və imkanlarından da asılıdır.

Peyvənd zamanı poliomielitə qarşı vaksin məhlul şəklində pipetlə uşağın ağız boşluğuna damızdırılır. Azərbaycanda poliomielitə qarşı peyvənd uşağın 4–7 günlüyündə, sonra isə 2, 3, 4 və 18 aylığında edilir. Beləliklə hər bir uşaq 2 yaşınadək MÜTLƏQ həmin vaksinin 5 dozasını almalıdır. Peyvəndin yalnız tam kursunu alan uşaq poliomielitdən qorunmuş hesab olunur. Hindistan, Pakistan, Əfqanıstan və Nigeriyaya, həmçinin poliomielit virusunun yayıldığı istənilən digər ölkəyə səyahət etməzdən əvvəl poliomielitə qarşı peyvənd etdirmək tövsiyə olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Poliomielit haqqında məlumat. Poliomielit nədir? Poliomielit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vellinqton

  • Fevral 25, 2026

    Theriimorpha

  • Fevral 27, 2026

    Yuan İmperiyası

  • Fevral 28, 2026

    Dekorativ bitki

  • Fevral 27, 2026

    Baltimor

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst