Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dopler effekti — dalğa uzunluğu və tezliyində baş verən dəyişiklik. Avstriya riyaziyyatçısı və fiziki Kristian Dopler (Christian Doppler) bu prinsipi ilk dəfə 1

Dopler effekti

  • Ana Səhifə
  • Vikipediya
  • Dopler effekti

Dopler effekti — dalğa uzunluğu və tezliyində baş verən dəyişiklik. Avstriya riyaziyyatçısı və fiziki Kristian Dopler (Christian Doppler) bu prinsipi ilk dəfə 1842-ci ildə aşkar etmişdir.

Maşın siqnalı üzərindən dopler effekti nümunəsi

1845-ci ildə Hollandiyalı meteoroloq Kristofor Henrik Diderik Böys-Balot Dopler effektini Utrext ilə Amsterdamı birləşdirən dəmir yolunda yoxlayaraq təsdiq etmişdir.

Tarixi

Doppler bu effekti ilk dəfə 1842-ci ildə "Über das farbige Licht der Doppelsterne und einiger anderer Gestirne des Himmels" (İkili ulduzların və göyün bəzi digər ulduzlarının rəngli işığı haqqında) traktatında təklif etmişdir. Bu fərziyyə 1845-ci ildə Buys Ballot tərəfindən səs dalğaları üzərində sınaqdan keçirilmişdir. O, səsin yüksəkliyinin səs mənbəyi ona yaxınlaşdıqda yayılan tezlikdən yüksək olduğunu, səs mənbəyi uzaqlaşdıqda isə yayılan tezlikdən aşağı olduğunu təsdiq etmişdir. Hippolyte Fizeau 1848-ci ildə elektromaqnit dalğaları üzərində müstəqil olaraq eyni hadisəni kəşf etdi (Fransada bu effekt bəzən "effet Doppler-Fizeau" adlanır, lakin bu ad dünyanın qalan hissəsi tərəfindən qəbul edilmədi, çünki Fizeau kəşfi Dopplerin təklifindən altı il sonra idi). İngiltərədə Con Skott Russell Doppler effekti ilə bağlı eksperimental tədqiqat aparmışdır (1848).

Ümumi

Mənbənin və qəbuledicinin mühitə nisbətən sürətlərinin mühitdəki dalğaların sürətindən aşağı olduğda klassik fizikada müşahidə edilən tezlik f və mənbədən ötürülən tezlik f0 arasındakı əlaqə belə verilir:

( c ± v r c ± v s ) f 0 {\displaystyle \left({\frac {c\pm v_{\text{r}}}{c\pm v_{\text{s}}}}\right)f_{0}} {\displaystyle \left({\frac {c\pm v_{\text{r}}}{c\pm v_{\text{s}}}}\right)f_{0}}

burada

c mühitdə dalğaların yayılma sürətidir;

vr qəbuledicinin mühitə nisbətən sürətidir, qəbuledici mənbəyə doğru hərəkət edirsə c-ə əlavə edilir, qəbuledici mənbədən uzaqlaşırsa çıxarılır;

vs mənbənin mühitə nisbətən sürətidir, əgər mənbə qəbuledicidən uzaqlaşırsa c-ə əlavə edilir, əgər mənbə qəbulediciyə doğru hərəkət edirsə, çıxarılır.

Həmçinin bax

  • Kristian Dopler

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dopler effekti haqqında məlumat. Dopler effekti nədir? Dopler effekti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hindu

  • Fevral 27, 2026

    Mişşi Sespel

  • Fevral 27, 2026

    Hiperlink

  • Fevral 27, 2026

    Muntjaklar

  • Fevral 27, 2026

    Kalmıklar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst