Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəlaləddin Əli bəyin və Sara xatunun oğludur. 1444-cü ildə tayfa ittifaqının başçısı oldu. Bu dövrdə Ağqoyunluların arasında müəyyən qədər sabitlik yarandı. Lak

Cahangir Mirzə

  • Ana Səhifə
  • Vikipediya
  • Cahangir Mirzə

Müizəddin Cahangir bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqının başçısı, bəy.

Müizəddin Cahangir Mirzə
Ağqoyunluların VIII tayfa başçısı
1444 – 1453
ƏvvəlkiHəmzə bəy Bayandur
SonrakıUzun Həsən
Şəxsi məlumatlar
Vəfat tarixi 1469
Atası Cəlaləddin Əli bəy
Anası Sara xatun
Uşaqları
  • Qasım bəy,
  • Həmzə bəy,
  • Murad bəy,
  • İbrahim bəy.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Cəlaləddin Əli bəyin və Sara xatunun oğludur. 1444-cü ildə tayfa ittifaqının başçısı oldu. Bu dövrdə Ağqoyunluların arasında müəyyən qədər sabitlik yarandı. Lakin vəziyyət bir müddət sonra dəyişdi. Qara İsgəndərin oğlu Əlvəndin Cahangirə sığınması yeni Qaraqoyunlu hökmdarı Cahanşahı qəzəbləndirdi və o Diyarbəkirə hücuma keçdi. Bu mübarizə iki ilə qədər davam etdi. 1452-ci ildə Baburun hücumundan qorxan Cahanşah sülhə can atmağa başladı. Müqaviləyə görə Cahangir Cahanşaha tabe olurdu. Lakin Ağqoyunluların əzəli rəqibi olan qaraqoyunlulara tabe olmaq fikri kiçik qardaş Uzun Həsən və onun ətrafında birləşən əyanları qəzəbləndirdi, onlar Cahangir Mirzəyə qarşı çıxdılar. 1453-cü ildə baş vermiş döyüşdə Uzun Həsənə məğlub olan Cahangir Mirzə Mardinə qaçmaqla canını xilas etdi.

Sonrakı illər

Bundan sonra Cahanşaha sığınan Cahangirə Ərzincan iqta olaraq verildi. Əbubəkr Tehrani Uzun Həsənin Cahangirə belə bir məktub yazdığını qeyd edir:

Cahangir qardaşı Uzun Həsəndən incidi, onun günü-gündən artan zəfərlərindən qorxaraq Cahanşahm dərgahına yollandı. Uzun Həsən onu bu əməlindən çəkindirmək istədi və kürd Osmanı risalətə göndərdi. Dedi ki, biz bir anadan və atadan doğulmuş iki qardaşıq. Gərək bir-birimizlə əhd-peyman bağlayaq, and içək ki, bundan sonra sülh və dostluq yolunu tutacaq, müxalifət və düşmənçilikdən uzaq olacağıq. Bizimlə Qaraqoyunlular arasında qədim ədavət olduğuna görə, ona birləşmək münasib deyildir.

Cahangir isə müharibəyə davam etdi və 1457-ci ilin yaz aylarında yenə Uzun Həsənə məğlub oldu. 1469-cu ilədək Ərzincanda hakimiyyətdə qaldı.

Abidələr

Cahangir bəy Mardində "Cahangir bəy zaviyəsi" və Nusaybində məscid ucaltmışdır. Bundan əlavə imarət, xəstəxana və mehmanxana da ucaltmış, lakin bunlar günümüzə gəlib çatmamışdır.

Ailəsi

  • Sultan Qasım
  • Həmzə bəy
  • Murad bəy
  • İbrahim bəy

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cahangir Mirzə haqqında məlumat. Cahangir Mirzə nədir? Cahangir Mirzə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sinekliz

  • Fevral 21, 2026

    Sosial elmlər

  • Fevral 23, 2026

    Çiçək

  • Fevral 27, 2026

    Kataniya

  • Fevral 27, 2026

    İndi-rok

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst