Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

II Sanço (port. Sancho II de Portugal; 8 sentyabr 1207, Koimbra – 4 yanvar 1248, Toledo) — IV Portuqaliya kralı. O, II Afonso ilə Kastiliyalı Urrakanın oğludur.

II Sanço

  • Ana Səhifə
  • Vikipediya
  • II Sanço

II Sanço (port. Sancho II de Portugal; 8 sentyabr 1207, Koimbra – 4 yanvar 1248, Toledo) — IV Portuqaliya kralı. O, II Afonso ilə Kastiliyalı Urrakanın oğludur. Hakimiyyəti dövründə mərkəzi hakimiyyəti gücləndirməyə və hüquq sisteminin inkişafını davam etdirməyə çalışsa da, Kilsə ilə olan qarşıdurmalar nəticəsində Papa tərəfindən taxtdan kənarlaşdırılmışdır. Tarixdə bəzən Zalım (port. O Capelo) və ya Qovulmuş (port. O Excomungado) kimi adlarla da xatırlanır.

II Sanço
port. Sancho II de Portugal
IV Portuqaliya kralı
25 mart 1223 – 4 dekabr 1247
ƏvvəlkiII Afonso
SonrakıIII Afonso
Şəxsi məlumatlar
Doğum tarixi 8 sentyabr 1207(1207-09-08)
Doğum yeri
  • Koimbra, Portuqaliya
Vəfat tarixi 4 yanvar 1248(1248-01-04) (40 yaşında)
Vəfat yeri
  • Toledo, İspaniya
Dəfn yeri
  • Toledo kafedralı
Fəaliyyəti siyasətçi
Atası II Afonso
Anası Kastiliyalı Urraka
Həyat yoldaşı
  • təq. Mesiya Lopes de Aro[d] (1246)
Ailəsi Burqoniya sülaləsi
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Sanço 1209-cu ildə Koimbrada dünyaya gəldi. Atası II Afonso 1223-cü ildə vəfat etdikdən sonra Portuqaliya taxtına çıxmışdır. Atasının başladığı hüquqi və inzibati islahatları davam etdirmək istəmişdir. Lakin atasından fərqli olaraq daha sərt üsullarla zadəganların və xüsusilə də, Kilsənin torpaq sahibləri üzərindəki nüfuzunu məhdudlaşdırmağa çalışmışdır.

II Sançonun kilsəyə məxsus torpaqları müsadirə etməsi və bəzi yepiskopları sürgün etməsi Roma Papası IV İnnokentinin müdaxiləsinə səbəb olmuşdur. Papa 1245-ci ildə Lyon Kilsə Məclisində II Sançonu taxtdan salmaq üçün qərar verdi və onun yerinə qardaşı Afonsonu (sonradan III Afonso) Portuqaliya kralı elan etdi.

Bu hadisədən sonra ölkədə vətəndaş müharibəsinə bənzər daxili qarşıdurmalar başladı. II Sanço kral titulunu formal olaraq saxlamış olsa da, real güc və hakimiyyət tədricən qardaşının əlinə keçdi. II Sanço 1245-ci ildə Leon kralı IX Alfonsonun nigahdan kənar qızı Urrakanın qızı Mesiya Lopes de Aro ilə evlənmişdir. Bu evlilik siyasi baxımdan güclü bir ittifaq sayılmasa da, kralın şəxsi seçimi kimi qəbul edilmişdir. Cütlüyün uşaqları olmamışdır. Bu da onun varisliyini zəiflədən amillərdən biri olmuşdur və qardaşı III Afonsonun hakimiyyətə gəlməsini asanlaşdırmışdır.

II Sanço Papa və qardaşı tərəfindən təzyiqlər artdıqdan sonra cənubdakı Toledoya çəkilmişdir. 4 yanvar 1248-ci ildə sürgündə vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, II Sanço haqqında məlumat. II Sanço nədir? II Sanço nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Acipenseridae

  • Fevral 27, 2026

    Ungulata

  • Fevral 27, 2026

    Koryö

  • Fevral 27, 2026

    Trençin

  • Fevral 27, 2026

    Tamilla Rüstəmova

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst