Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lina Heydrix (14 iyun 1911, Femarn[d], Şlezviq-Holşteyn – 14 avqust 1985, Femarn[d], Almaniya Federativ Respublikası) ― Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rə

Lina Heydrix

  • Ana Səhifə
  • Vikipediya
  • Lina Heydrix

Lina Heydrix (14 iyun 1911, Femarn[d], Şlezviq-Holşteyn – 14 avqust 1985, Femarn[d], Almaniya Federativ Respublikası) ― Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəhbəri və Nasist Almaniyasında mərkəzi fiqur olan Reynhard Heydrixin həyat yoldaşı. Kiçik alman aristokratının qızı (atası kənd məktəbində müəllim işləyirdi) olan Lina von Osten 1929-cu ildə Nasist Partiyasına qoşulmuş və 1930-cu ilin dekabrında Reynhard Heydrix ilə tanış olmuşdur.

Lina Heydrix
alm. Lina Heydrich‎
Doğum tarixi 14 iyun 1911(1911-06-14)
Doğum yeri
  • Femarn[d], Şlezviq-Holşteyn, Almaniya Federativ Respublikası
Vəfat tarixi 14 avqust 1985(1985-08-14) (74 yaşında)
Vəfat yeri
  • Femarn[d], Şlezviq-Holşteyn, Almaniya Federativ Respublikası, Almaniya Federativ Respublikası
Həyat yoldaşları
  • Reynhard Heydrix (1931–1942),
  • Mauno Manninen[d] (1965–1969)
Uşağı 4 (Heyder Heydrix daxil olmaqla)
Fəaliyyəti yazıçı
Partiyası
  • Alman Nasional Sosialist Fəhlə Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Nasist partiyasına üzvlük

Linanın böyük qardaşı Hans Nasist Partiyasına qoşulmuşdu və nasist hərbi birləşməsi olan Hücum dəstələrinin (SA) üzvü idi. Lina onun təsiri ilə 1929-cu ildə Adolf Hitlerin danışdığı bir partiya mitinqində iştirak edir və qısa müddətdən sonra Nasional Sosialist Alman Fəhlə Partiyasına qoşulur. (Üzvlük bileti № 1 201 380)

Lina 6 dekabr 1930-cu ildə, 19 yaşında Kildə avarçəkmə klubunun balında iştirak edir və orada o vaxt dəniz leytenantı olan Heydrixlə tanış olur. 18 dekabr 1930-cu ildə nişanlandıqlarını elan edən cütlük 26 dekabr 1931-ci ildə evlənmişdir.

Ailə

Cütlüyün Klaus (17 iyun 1933-cü il təvəllüdlü) və Heider (23 dekabr 1934-cü il təvəllüdlü) adlarında iki oğlu və Silke adlı qızı (9 aprel 1939-cu il təvəllüdlü) dünyaya gəlmişdir. Onların dördüncü övladı, Marte adlı qızları (23 iyul 1942-ci il təvəllüdlü) isə Reynhard Heydrixin ölümündən qısa müddət sonra anadan olub. Klaus 24 oktyabr 1943-cü ildə yol qəzası nəticəsində ölüb.

Müharibədən sonra

Lina Heydrix müharibə bitdikdən sonra denazifikasiya prosesi zamanı olduğu mövqelərdən uzaqlaşdırılır. O, daha sonra 1956 və 1959-cu illərdə Qərbi Almaniya hökumətinə qarşı açdığı bir necə məhkəmə işi nəticəsində pensiya almaq hüququ qazanır. Onun həyat yoldaşı xidmət zamanı öldürülmüş alman polis generalı olduğu üçün o böyük pensiya almaq hüququna sahib idi, lakin hökumət daha əvvəl Heydrixin Holokostdakı roluna görə pensiyanı ödəməkdən imtina etmişdi. Lina Heydrix Çexoslovakiyada qiyabi olaraq mühakimə olunaraq ömürlük həbs cəzasına məhkum edilsə də, bundan yayınmışdır.

O 1965-ci ildə Finlandiyaya tətil səfərində olarkən fin teatr rejissoru Mauno Manninen ilə tanış olmuş və soyadını dəyişdirmək məqsədi ilə onunla evlənmişdir. Manninen 1969-cu ilin sentyabrında vəfat etmişdir.

1976-cı ildə Lina Heydrixin Leben mit einem Kriegsverbrecher (Müharibə Cinayətkarı ilə Həyat) adlı xatirə kitabı nəşr edilmişdir. O 14 avqust 1985-ci ildə Fehmarnda 74 yaşında ölənə qədər birinci ərinin şöhrətini müdafiə etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lina Heydrix haqqında məlumat. Lina Heydrix nədir? Lina Heydrix nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Seks simvol

  • Fevral 27, 2026

    Alina Trepina

  • Fevral 27, 2026

    Bürünc medal

  • Fevral 26, 2026

    Sov.İKP

  • Fevral 25, 2026

    LibreOffice

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst