Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Papravənd türbəsi — Azərbaycanın Ağdam rayonunun Papravənd kəndində yerləşən məqbərə. Azərbaycan tədqiqatçılarının fikrincə, XIV əsrdə tikilmişdir.

Papravənd türbəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Papravənd türbəsi

Papravənd türbəsi — Azərbaycanın Ağdam rayonunun Papravənd kəndində yerləşən məqbərə. Azərbaycan tədqiqatçılarının fikrincə, XIV əsrdə tikilmişdir.

Papravənd türbəsi
Ölkə
  •  Azərbaycan
Yerləşir Papravənd
Tikilmə tarixi XIV əsr
40°09′25″ şm. e. 46°50′30″ ş. u.HGYO
Xəritə

Orta əsr memarlığının nadir abidələrindən biri hesab olunur.

Məqbərə 1972-ci ilin iyulunda təmizlənmiş, ölçülmüş və tədqiq edilmişdir.

1993-cü ilin yayında məqrəbənin yerləşdiyi ərazi, Rusiya Federasiyasının hərbi və siyasi dəstəyi ilə Ermənistan Respublikası ordusu tərəfindən işğal edilmiş və ərazi 2020-ci ilə qədər qondarma Dağlıq Qarabağ Respublikasının nəzarətində olub.

BMT Təhlukəsizlik Şurası məqbərə yerləşən ərazini Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilmiş yer hesab edib.

Memarlığı

Məqbərənin planı XVI əsr memarlığı üçün xarakterikdir və günbəzli tikililər qrupuna aiddir. Mərkəzi hissəsi günbəzlə, kənarları isə lansetli qübbələrlə örtülmüşdür. Mərkəzi meydandan günbəzə keçid, yelkənlərin köməyi ilə həyata keçirilib.

Xarici konturuna görə məqbərə xaricdən kvadrat, içərisində isə xaç formasında olan zaldır. Məqbərənin xarici ölçüləri 5,8×6,0 m, daxili ölçüləri isə 5,0x5,0 metrdir. Məqbərənin divarlarının hündürlüyü 1,4 m, eni isə 0,4 metrdir. Türbənin divarları əhəngdaşı ilə hörulmuşdur.

Məqbərənin giriş hissəsi şimal-qərb tərəfdə yerləşir və qapı əsas fasadın açıq eyvanı tərəfində qoyulub. Digər üç divarda isə, içəridə 0,9×0,95 m və 1,0×1,35 m ölçüdə kiçik taxça yerləşir.

Hazırda məqbərə yarıdağılmış vəziyyətdədir. Abidənin üzərində heç bir yazı yoxdur. Binanın memarlıq-planlaşdırma strukturunu, günbəz konstruksiyaların konstruksiya xüsusiyyətlərini, eləcə də fasadların divarlarının dekorativ işlənməsini nəzərə alaraq abidənin tikintisi XVI əsrə aid edilir.

Oxşar məqbərələr respublikanın Abşeron, Şamaxı və Cəbrayıl rayonlarında da qeydə alınıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Papravənd türbəsi haqqında məlumat. Papravənd türbəsi nədir? Papravənd türbəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mirzəyi

  • Fevral 27, 2026

    Borçalı mahalı

  • Fevral 27, 2026

    Astazur

  • Fevral 26, 2026

    Medeya

  • Fevral 27, 2026

    Nazpərvər xanım

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst