Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nazpərvər xanım (d. 12 iyun 1870 — ö. 9 mart 1929) — 35. Osmanlı sultanı V Mehmedin dördüncü xanımı.

Nazpərvər xanım

  • Ana Səhifə
  • Vikipediya
  • Nazpərvər xanım

Nazpərvər xanım (d. 12 iyun 1870 — ö. 9 mart 1929) — 35. Osmanlı sultanı V Mehmedin dördüncü xanımı.

Nazpərvər xanım
سيدة المروحة ناز
Şəxsi məlumatlar
Doğum tarixi 12 iyun 1870
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 9 mart 1929 (58 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Atası İsmayıl bəy
Anası Aliyə xanım
Həyat yoldaşı V Mehmed
Uşağı Rəfiyə Sultan
Dini Sünni, İslam

Həyatı

Nazpərvər xanım 12 iyun 1870-ci ildə İstanbulun Beşiktaş səmtində dünyaya gəlmişdir. Aİləsi əslən abxaz olub, əsl adı Əminə idi. Sultan Əbdüləzizin xanımı Dürrünəv xanımın bacısı qızı idi. Bu səsəblə 4 yaşına çatan Əminə və bacısı Behiyə xanım İstanbula gətirildi və Osmanlı sarayında xalaları Dürrünəv xanımın himayəsinə verildi. Burada tamamilə türk və müsəlman ənənələrini öyrənən Əminənin adı dəyişdirildi və Nazpərvər qoyuldu. Sarayda Sultan Əbdüləziz cinayətinə şahid olanlardan biri idi. Əbdüləzizin vəfatından sonra Dürrünəv xanımla birlikdə Fəriyyə sarayına köçdülər.

Fəriyyə sarayında verilən bir ziyafətdə tanış olduğu Sultan Mehmed Rəşadla 1888-ci ildə evləndi. Evlilikdən bir il sonra yeganə övladı olan Rəfiyə Sultan dünyaya gəldi. Ancaq körpə bir neçə həftə sonra vəfat etdi. Daha sonra xeyriyyə işləriylə məşğul olan Nazpərvər xanımın bir daha övladı olmadı. Sultan Mehmed Rəşadın vəfatından sonra 1918-ci ildə Üsküdar sarayına köçürüldü və ömrünün sonunadək burada yaşadı. 9 mart 1929 tarixində burada vəfat etdi və cənazəsi Yəhya Əfəndi türbəsinə dəfn olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nazpərvər xanım haqqında məlumat. Nazpərvər xanım nədir? Nazpərvər xanım nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qələvilər

  • Fevral 27, 2026

    Nəhrəvan döyüşü

  • Fevral 27, 2026

    Nuxa qəzası

  • Fevral 25, 2026

    Çay (dəqiqləşdirmə)

  • Fevral 27, 2026

    Mərkəzəqaçma təcili

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst