Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsaak Markoviç Xalatnikov (ukraynaca: Ісаа́к Ма́ркович Халатников, rusca: Исаак Маркович Халатников; 17 oktyabr 1919 – 9 yanvar 2021) — ümumi nisbilik nəzəriyyə

İsaak Xalatnikov

  • Ana Səhifə
  • Vikipediya
  • İsaak Xalatnikov

İsaak Markoviç Xalatnikov (ukraynaca: Ісаа́к Ма́ркович Халатников, rusca: Исаак Маркович Халатников; 17 oktyabr 1919 – 9 yanvar 2021) — ümumi nisbilik nəzəriyyəsi, kvant sahə nəzəriyyəsi və kvant mayeləri nəzəriyyəsi də daxil olmaqla nəzəri fizikanın bir çox sahəsinə əhəmiyyətli töhfələr vermiş aparıcı sovet nəzəri fiziki. O, Landau-Xalatnikov super axıcılıq nəzəriyyəsinin və ümumi nisbilik nəzəriyyəsində BKL fərziyyəsinin inkişafındakı rolu ilə tanınır.

İsaak Xalatnikov
rus. Исаак Маркович Халатников
Doğum tarixi 17 oktyabr 1919(1919-10-17)
Doğum yeri
  • Yekaterinoslav, Yekaterinoslav quberniyası, Ukrayna SSR
Vəfat tarixi 9 yanvar 2021(2021-01-09) (101 yaşında)
Vəfat yeri
  • Çernoqolovka, Moskva vilayəti, Rusiya
Təhsili
  • Moskva Dövlət Universiteti
Fəaliyyəti fizik, universitet müəllimi[d]
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
Elmi adları
  • professor[d],
  • Rusiya Elmlər Akademiyasının həqiqi üzvü[d],
  • SSRİ Elmlər Akademiyasının akademiki[d]
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Üzvlüyü
  • London Kral Cəmiyyəti,
  • Rusiya Elmlər Akademiyası (1972–1984),
  • Rusiya Elmlər Akademiyası (1984)
Mükafatları 3-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni — 1999 "Aleksandr Nevski" ordeni — 2020 "Oktyabr inqilabı" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985 "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni — 1979 "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
2-ci dərəcəli "Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

İsaak Xalatnikov Yekaterinoslavda (indiki Dnepr, Ukrayna) Ukrayna yəhudi ailəsində anadan olub və 1941-ci ildə Dnepropetrovsk Dövlət Universitetini fizika üzrə bitirib. O, 1944-cü ildən Kommunist Partiyasının üzvü olub. 1952-ci ildə doktorluq dərəcəsi alıb. Həyat yoldaşı Valentina İnqilab qəhrəmanı Nikolay Şorsun qızı olub.

Xalatnikovun tədqiqatlarının böyük bir hissəsi, o cümlədən ifrat axıcılıq üzrə Landau-Xalatnikov nəzəriyyəsi Lev Landau ilə əməkdaşlığı və ya ondan ilham alması sayəsində ortaya çıxmışdır.

1969-cu ildə o, qısa müddətə Leyden Universitetində nəzəri fizika üzrə yarımştat professor kimi çalışıb.

1970-ci ildə o vaxtlar Prinston Universitetində çalışan Çarlz V. Misnerin təqdim etdiyi miksmester modelindən ilhamlanan Xalatnikov, Vladimir Belinski və Yevgeni Lifşits ilə birlikdə, klassik cazibə nəzəriyyəsində ən görkəmli açıq problemlərdən biri kimi qəbul edilən BKL fərziyyəsini təqdim etdi.

Xalatnikov 1965-ci ildən 1992-ci ilə qədər Moskvadakı Landau Nəzəri Fizika İnstitutuna rəhbərlik edib. O, 1984-cü ildə SSRİ Elmlər Akademiyasına seçilib. O, Landau Qızıl Medalı, Humboldt mükafatı və Marsel Qrossman Mükafatına layiq görülüb. O, həmçinin London Kral Cəmiyyətinin xarici üzvü olub.

Onu "Hər şeyin Nəzəriyyəsi" filmində aktyor Georq Nikoloff canlandırıb.

Xalatnikov 9 yanvar 2021-ci ildə 101 yaşında Çernoqolovkada vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsaak Xalatnikov haqqında məlumat. İsaak Xalatnikov nədir? İsaak Xalatnikov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alopecurus carolinianus

  • Fevral 25, 2026

    Ramiz Mehdiyev

  • Fevral 27, 2026

    Lirik növ

  • Fevral 27, 2026

    Lamaizm

  • Fevral 27, 2026

    ATP reytinqi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst