Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qızılqaz (lat. Phoenicopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinə aid heyvan cinsi.

Qızılqaz

  • Ana Səhifə
  • Vikipediya
  • Qızılqaz

Qızılqaz (lat. Phoenicopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinə aid heyvan cinsi.

Qızılqaz
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Mirandornithes
Dəstə:
Qızılqazkimilər
Fəsilə:
Qızılqazlar
Cins:
Qızılqaz
Beynəlxalq elmi adı
  • Phoenicopterus L., 1758[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  174975
NCBI  9216
EOL  45511320
FW  

Mündəricat

Növləri

Qızılqazlar (qırmızı flaminqolar) nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılmışlar. Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayırlar. Ən stabil qışlama yerləri – Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin digər iri gölləri. Eləcə də İranda Urmiya və Maharlı göllərində. Duzlu göllərdə və dəniz körfəzlərində məskunlaşması yüksək duzluluğu olan sularda balıqların yoxluğu şəraitində qızılqazların əsas qidası xərçəngkimilərinin geniş yayılmasıdır. Dəniz körfəzlərinin açıq dayaz sahillərində, plankton və bentosla zəngin göllərdə yaşayır.

Çoxalması

Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır. 1955-ci ildə 13 cüt Salyan rayonunda Ağ-çala gölündə yuvalayıb. 1982-ci ildə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilmişdir.

Sayı

Azərbaycanda qışlayan qızıl qazların sayı XX əsr ərzində 10 dəfə düşmüşdür. Məsələn, Qızılağac körfəzində 1933-1934-cü illərdə qış mövsümündə 20 mindən artıq, 1956-cı ilin dekabrında – 5 min, 1957-ci ilin fevralında güclü şaxtalardan sonra – 400-ə kimi, 1976-1977-ci illərdə – 200, 1979-cu ilin yanvarında – 200, 1982-ci ildə – 150, 1993-cü ildə – 800, 1994-cü ildə – 2800 quş müşahidə olunmuşdur.

Sayının dəyişilməsinin əsas səbəbi, yəqin ki Xəzərin səviyyəsinin dəyişilməsi ilə bağlıdır. 1978-ci ildən başlayaraq Xəzərin səviyyəsinin qalxması ilə əlaqədar qızıl qazların toplanma yerləri vaxtaşırı olaraq dəyişilir, yeni yerlər əmələ gəlir, köhnələri isə su altında qaldığı üçün qışlamağa yararsız olur.

Yuvaları

Qızılqazların yuvaları vulkan şəklindədir. Yuva quran qızılqazlar palçıq, kiçik daş parçaları və tökülmüş lələklərdən istifadə edirlər. Maraqlısı odur ki, quşun istifadə etdiyi bu qarışıq çox tez quruyur. Yuva 30 santimetr hündürlüyündə olur. Yuvanın hündür olması su yüksələrkən yumurtanı sudan qoruyur.

Formaları

Qızılqazların pərdəli ayaqları üzmələrini asanlaşdırır. Ayaqların yastı və geniş olması sayəsində qızılqazlar yumşaq palçıq üzərində belə batmadan asanlıqla gəzirlər.

Yəqin ki, fotolarda təkayaqlı qızılqazlara rast gəlmisiniz. Alimlərin gəldiyi qənaətə görə, qızılqaz quşlarının təkayaqlı duruşu onlara daha az güc sərf etməyə imkan verir. Belə ki, təkayaqlı duruş zamanı quşun sərf etdiyi enerji ikiayaqlı duruşa sərf edilən enerjidən daha azdır. ABŞ elmi qrupunun gəldiyi nəticəyə əsasən, tək ayaq üstə duran qızılqazın əzələləri, demək olar ki, heç bir gərginliyə düşmür – əksinə, quşun əzələləri dincəlir. Bu səbəbdən qızılqazlar tək ayaq üstündə durarkən, hətta mürgüləyə də bilirlər.

Digər elmi qrupların fərziyyələrinə görə isə, təkayaqlı duruş quşlara bədən temperaturunu qoruyub saxlamağa imkan verir.

Şəkillər

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qızılqaz haqqında məlumat. Qızılqaz nədir? Qızılqaz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Qərbi Afrika

  • Fevral 28, 2026

    Ürgənc

  • Fevral 27, 2026

    Qobind Sinqh

  • Fevral 26, 2026

    Sultan Şahrux

  • Fevral 27, 2026

    Romantik sevgi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst