Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qul (ing. Ghoul, ərəb. غول‎ ğul) — insanabənzər bədheybət. Bu məxluq dünyanın müxtəlif folklorlarında və mifologiyalarında görünür. Qullar qəbiristanlıqlarda pe

Qul

  • Ana Səhifə
  • Vikipediya
  • Qul

Qul (ing. Ghoul, ərəb. غول‎ ğul) — insanabənzər bədheybət. Bu məxluq dünyanın müxtəlif folklorlarında və mifologiyalarında görünür. Qullar qəbiristanlıqlarda peyda olan adamyeyən varlıqlar kimi təsvir olunurlar.

Qul "Min bir gecə" nağılında

Mündəricat

Adı

Qul sözü eyni anlamda Ərəbcə غول (ğul) kökündəndir. Azərbaycan dilində XX əsrdə latın əlifbası keçməmişdən əvvəl eyni ərəbcədəki kimi غول (ğul) yazılırdı, lakin latın əlifbasında eyni yazılışa görə غول ğul və قول qul (kölə) sözləri qarışdırılır, bunun qarşısını almaq üçün qul sözünə yabanı sözünü əlavə edirlər - qulyabanı.

Görünüşü

Qulların görünüşü mədəniyyətdən asılı olaraq dəyişir, ancaq o, adətən çirkin və rəzil bir məxluq kimi təsvir olunur. Bir çox hekayələrdə o, insana oxşayan, lakin çürümüş əti, uzun dırnaqları və parlayan gözləri olan bir varlıq kimi təsvir edilir.

Qulların axşamlar ortaya çıxan gecə varlıqları olduğuna inanılır. Onların qəbiristanlıqlarda və ölümlə əlaqəli digər yerlərdə məskunlaşdıqları deyilir. Qullar çox vaxt ölülərin ətini yeyən heyvanlar kimi təsvir olunurlar. Bəzi əfsanələrdə onların təzə basdırılmış cəsədləri qazdıqları, bəzilərində isə insanlara gizlicə hücum edib yedikləri deyilir.

Folklor

Qulbasdı türk, altay və qafqaz mifologiyalarında pis bir varlıq və onun səbəb olduğu iztirab verici, qorxunc görünüş. Qulyabanı ilə əlaqəli bir anlayışdır. Aleybanı (Alyabanı) və Kuleybanı (Qulyabanı) bəzən birlikdə xatırlanarlar. Aleybanı, Albastının Fars mədəniyyətiylə qarşılıqlı təsirinin bir məhsuludur. Eyni şəkildə Qulyabanı da Qulbastı/Gulbastı ("Ghoul") anlayışının əks olunmasıdır. Yaxın Şərq mədəniyyətlərində Gul insanları aldadan və sonra da öldürən pis ruh və ya canavar olaraq iştirak edər. Kimsəsiz yerlərdə və çöllərdə insanların üzərinə minərək öldürdüyü düşünülür. Bəzi cəmiyyətlər qadın qılığında olduğuna, bəziləri isə gündüzləri məzarda yatıb gecələri gəzdiyinə inanarlar. Tüylü, çox böyük və pis qoxulu olduğu deyilər. Şumer, türk, fars, ərəb və mesopotamiya mədəniyyətlərinin hamısında ortaq bir motiv halına gəlmişdir. Mənşəyinin tam olaraq harada olduğunu müəyyən etmək çox çətindir. Bundan başqa olduğu kimi "Qulbastı" formasıyla Adige dilinə də keçmişdir. Şumercədə iştirak edən təbirlər ilə əlaqəsi olduğu açıqdır.

  1. Ala Xul: Şeytanı Tanrı.
  2. Dingir Xul: Şeytanı Tanrı.
  3. Mulla Xul: Şeytanı İblis.
  4. Utuk Xul: Şeytanı Ruh.
  5. Gigi Xul: Şeytanı Ruh.
  6. Gidi Xul: Şeytanı Hayalet.
  7. Maskım Xul: Şeytanı Cin.

Etimologiya

(Qul/Gul/Kul) kökündən törəmişdir. Qullanmaq "istifadə etmək" feli ilə eyni kökdən gəlir. "Gul" sözcüyü vəhşi heyvan mənasına da gəlir. Monqolca "Qal" (atəş) və Türkcə Al/Hal/Hul/Xul köküylə də əlaqədardır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qul haqqında məlumat. Qul nədir? Qul nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tsada

  • Fevral 27, 2026

    Bəy

  • Fevral 27, 2026

    Fokstrot

  • Fevral 25, 2026

    Rəhman surəsi

  • Fevral 27, 2026

    Haloxylon ammodendron

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst