Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağız qopuzu (ing. Jew's harp, rus. варган) — dartılmaqla səsləndirilən idiofonlu çalğı aləti. XX əsrin əvvəllərinədək Azərbaycanda istifadə olunsa da, hazırda u

Ağız qopuzu

  • Ana Səhifə
  • Vikipediya
  • Ağız qopuzu

Ağız qopuzu (ing. Jew's harp, rus. варган) — dartılmaqla səsləndirilən idiofonlu çalğı aləti. XX əsrin əvvəllərinədək Azərbaycanda istifadə olunsa da, hazırda unudulub.

Ağız qopuzu
Hornbostel–Zaks təsnifatı 121.2
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Söz açımı

Qədimdə "qopuz" sözü bütün növlərdən olan çalğı alətlərimizin ümumi adına deyilib: "telli (simli) qopuz", "yaylı (kamanlı) qopuz", "vurmalı (zərblə səsləndirilən) qopuz" "qolça qopuz" və "ağız qopuzu" deyimlərinə ədəbi və tarixi mənbələrdə tez-tez rast gəlirik. Adından bəlli olduğu kimi, alət ağızda səsləndiyindən "ağız qopuzu" adlanıb.

Tarixçə

Əlihüseyn Dağlının yazdığına görə, ağız qopuzu VI əsrlərdə qırğız türkləri tərəfindən icad edilmişdir. Bu fakt başqa türk mənbələrində də təsdiqini tapır.

1990-cı ildə Yaponiyada, Tokionun yaxınlığında yerləşən Omiya şəhərində arxeoloji qazıntılar zamanı 2 ədəd mukkur (ağız qopuzunabənzər) adlanan çalğı aləti aşkar edilmişdir. Mütəxəssislər bu alətlərin təxminən minillik tarixi olduğunu müəyyənləşdirmişlər. Xomus (ağız qopuzu) alətinin tanınmış tədqiqatçısı İvan Yeqoroviç Alekseyev bu tapıntını Sibirin şimal-şərq xalqlarından biri olan nivxilərin xozon (kanqa, vıçranqa) alətinə bənzədir.

Ə. Dağlının verdiyi məlumata görə, Bakıda və Abşeron kəndlərində 1905–1907-ci illərəcən sənətkar bıçaqçılar ağız qopuzunu dəryazdan döyərək düzəldərdilər. Bu alətdən əsasən yeniyetmə və uşaqlar istifadə edərdilər.

Quruluşu və çalınma qaydası

Ə. Dağlının qeydlərinə görə, Azərbaycanda hazırlanan ağız qopuzunun uzunluğu bir çərəkdən az olurmuş. Çərək isə metrin dörddə biri və ya bir qarış təxminən 220 mm-dir. Alətin iki ədəd ucları çəngəl kimi irəli çıxmış dəmir çubuqları varmış. Ə. Dağlı bu hissələri "haşiyə" adlandırır. Haşiyələrin arasında polad dilcik yerləşdirilirdi. Haşiyələrin və dilciyin bir ucu "nəfəs çıxan" ("nəfəsgah") adlanan hissəyə qaynaq edilirdi. Dilciyin digər ucu qarmaq şəklində qatlanırdı.

Çalanda iki dodaq arasına alınır, dişlərə sıxılır, nəfəs verərkən dilcik dəbərdilir. Beləcə musiqi təranəsi kobuzdan cərəyan edir. Bəzi taifələrdə qobuzu bir neçə adam birgə, ansambl şəklində çalır. Kobuzu çalanda müşayiət üçün iki çay daşını, qənbəri bir-birinə toqquşdururlar. Qopuz və daşdan çıxan iki səs həqiqətən ürəyə yapışan, əhvalı şadlandıran harmoniya yaradır. Səsləndirərkən ilk növbədə alətin düzgün tutulmasını mənimsəmək lazımdır. Bu, olduqca mürəkkəb bir işdir. Bundan sonra alətin təmiz səsini çıxartmaq, həmçinin əsas və oberton səsləri rəvan ifa etmək mümkündür. Dilciyin fasiləsiz hərəkəti üçün şəhadət barmaqla ona davamlı zərbələr vurmaq lazımdır. Nəticədə ağız qopuzunun əsas səslənməsi yaranır. Əsas səslənmənin alınması üçün dil geri qatlanır ki, dilciyin hərəkətinə mane olmasın. Dilciyə zərbə şəhadət barmağı ilə, sağ əli çiyinin əzalar istiqamətində fırlatmaqla vurulur. Əgər nəfəs ehtiyatla və sakit tərzdə içəri çəkilərsə, ağız qopuzunun səsi uzunmüddətli alınar.

Ağız qopuzu alətinin qeyri-adi xüsusiyyətləri var. Bu alətdə təbiətin yetirdiyi müxtəlif (külək, quş) səsləri təqlid etmək mümkündür. Ağız qopuzunun sehrli səsi dinləyiciyə sevincli anlar bəxş edir, bir sözlə müvəqqəti də olsa, aləti eşidən qəm-qüssədən azad olur.

Tanınmış ifaçıları

  • Emin Seyidrzayev

Ədəbiyyat

  • И. Шишигин. Играйте на хомусе. Реcпублика Cаха (Якутия), издательcтво Покровck, 2003.

Həmçinin bax

  • Qopuz
  • Azərbaycan musiqisi
  • Azərbaycan mədəniyyəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağız qopuzu haqqında məlumat. Ağız qopuzu nədir? Ağız qopuzu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    ABŞ musiqisi

  • Fevral 27, 2026

    Mişkolts

  • Fevral 27, 2026

    Mağara çimərliyi

  • Fevral 27, 2026

    Ziyafət Abbasov

  • Fevral 26, 2026

    Vermont

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst