Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları i

Kabil

  • Ana Səhifə
  • Vikipediya
  • Kabil

Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər.

Kabil
کابل
Bayraq
Bayraq
34°31′58″ şm. e. 69°09′57″ ş. u.HGYO
Ölkə
  • Böyük Moğol imperiyası
Tarixi və coğrafiyası
Əsası qoyulub 1200
Sahəsi
  • 275 km²
Mərkəzin hündürlüyü 1.790 m
Saat qurşağı
  • UTC+04:30
Əhalisi
Əhalisi
  • 5.333.284 nəf. (2025)
Xəritəni göstər/gizlə
Kabil xəritədə
Kabil
Kabil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafi mövqeyi

Kabil

Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir. Kabil şəhəri cənub-qərb istiqamətində böyüyür.

Sənayesi

Kabil ölkənin siyasi, mədəni mərkəzi olmaqla yanaşı, həm də iqtisadi mərkəzidir. Şəhərdə avtomobil təmiri zavodu, asfalt-beton zavodu, yeyinti və yüngül sənaye müəssisələri, əczaçılıq fabrikləri və s. vardır. Kabildə həmçinin döyüş sursatları, parça, mebel və şəkər istehsal edilir.

Tarixi

Böyük Moğol imperiyasının yaradıcısı olan Qazi Zahirəddin Məhəmməd Babur 1504-cü ildə Hindiquş dağlarını keçib Kabilə üz tutur. Qan tökmədən Müqim Arğundan şəhəri alır və 1506-cı ildə özünü Kabil şahı elan edir. Moğol İmperiyasının yaradıcı olan Babur şahın qəbri də bu şəhərdədir. Babur şah 26 dekabr 1530-cu ildə 48 yaşında əbədiyyətə qovuşmuş və əvvəlcə Aqrada dəfn olunmuşdur, sonralar vəsiyyətinə uyğun olaraq qəbri Kabilə köçürülür. 1773–1818-ci illərdə Dürrani dövlətinin paytaxtı olmuşdur. İngiltərə-Əfqanıstan müharibələri zamanı şəhər ingilis qoşunları tərəfindən işğal edilir. 1880-ci ildən Əfqanıstan dövlətinin paytaxtıdır.

Əhalisi

Şəhərin əhalisinin sayı ətrafı ilə birlikdə 3.071.400 nəfərə yaxındır. Puştulardan başqa şəhərdə taciklər, özbəklər, həzaralar və digər xalqların nümayəndələri də yaşayır.

Həmçinin bax

  • Kabil vilayəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kabil haqqında məlumat. Kabil nədir? Kabil nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Qahirə

  • Fevral 24, 2026

    Politiya

  • Fevral 27, 2026

    Rubidium

  • Fevral 27, 2026

    Göy göl

  • Fevral 27, 2026

    Neytron ulduzu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst