Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu ərazidə XI əsrə aid "Gavur qalası" adlanan tarixi abidə var. Laçının tarixi abidələri içərisində XVIII əsrin axırı və XIX əsrin əvvəllərində inşa edilmiş Pir

Pircahan

  • Ana Səhifə
  • Vikipediya
  • Pircahan

Pircahan — Azərbaycan Respublikasının Laçın rayonunun Pircahan kənd inzibati ərazi dairəsində kənd.

Pircahan
39°43′34″ şm. e. 46°26′08″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Laçın rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Pircahan xəritədə
Pircahan
Pircahan

Mündəricat

Etimologiya

Qədim pir olan yerdə salındığına görə Pircahan adlandırılmışdır.

Tarixi

Bu ərazidə XI əsrə aid "Gavur qalası" adlanan tarixi abidə var. Laçının tarixi abidələri içərisində XVIII əsrin axırı və XIX əsrin əvvəllərində inşa edilmiş Pircahançay üzərindəki Məşədi Mehralı tağbənd körpüsü kəndin 4–5 km-də yerləşir, Həkəri çayının yuxarı hövzəsindədir. Pircahanlı Behbudalıyev Məşədi Mehralı Məşədi Mərdan oğlu bu körpünü öz şəxsi vəsaiti hesabına tikdirmişdir.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmiş, Pircahan kəndi isə qəza mərkəzi elan edilmişdir. Sonradan Abdallar kəndinə köçürülmüşdür. Kürdüstan qəzası ləğv edildikdən sonra Pircahan Laçın rayonunun tərkibinə daxil edilmişdir.

Pircahan 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəndin əhalisi daha sonra kəndi tərk etmək məcburiyyətində qalmış, bura etnik ermənilər köçürülmüşdür. Bakının Binə qəsəbəsində Pircahan orta məktəbi fəaliyyətini davam etdirmişdir. Kənd əhalisinin bir hissəsi Ağcabədi rayonunun Taxtakörpü məcburi köçkünlər qəsəbəsində yerləşdirilmişdir. Burada Pircahan kəndinin mədəniyyət evi yerləşir.

Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Mədəniyyəti

Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana, çörəkbişirmə sexi, pendir zavodu, rabitə şöbəsi və iki mağaza var idi.

Coğrafiyası

Pircahan kəndi Laçın rayon mərkəzindən təxminən 35 km qərbdə yerləşir.

Əhalisi

1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi Azərbaycan dilində danışan şiə kürdlərdən ibarət olmuşdur. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Seyidlər kənd qəzasının Pircahan kəndində 27 evdə 181 şiə kürd yaşayırdı. Onlardan 19 nəfər dövlət kəndliləri, qalanları isə mülkiyyətçi kəndliləri idi. 1912-ci ilin "Qafqaz təqvimi"nə görə kənddə etnik tərkibi əsasən kürdlərdən ibarət olan 135 nəfər yaşayırdı. 1983-cü ildə kənddə 504 nəfər yaşayırdı.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və bağçılıq olmuşdur. 2022-ci ildə "Azərişıq" ASC tərəfindən 17 km-lik 35 kV-luq "Bozlu–Pircahan" hava xəttinin tikintisi yekunlaşdırılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pircahan haqqında məlumat. Pircahan nədir? Pircahan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Sürix Universiteti

  • Fevral 27, 2026

    Viktor Qutırya

  • Fevral 27, 2026

    Mezoiqtisadiyyat

  • Fevral 27, 2026

    Laxta-mərkəz

  • Fevral 27, 2026

    109 (ədəd)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst