Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mezoiqtisadiyyat (ing. mesoeconomics) — ictimai istehsalın ərazi təşkili qanunauyğunluqlarını və onların fəaliyyət mexanizmini öyrənən iqtisad elminin bir sahəs

Mezoiqtisadiyyat

  • Ana Səhifə
  • Vikipediya
  • Mezoiqtisadiyyat

Mezoiqtisadiyyat (ing. mesoeconomics) — ictimai istehsalın ərazi təşkili qanunauyğunluqlarını və onların fəaliyyət mexanizmini öyrənən iqtisad elminin bir sahəsidir. Ayrı-ayrı regionların və ərazi istehsal komplekslərinin iqtisadi inkişafı ilə bağlı iqtisadi hadisələri və prosesləri araşdırır. Burada məhsuldar qüvvələrin bölgüsü məsələləri, rayonun iqtisadi ehtiyatları, istehsalın ərazi təşkili formaları, rayon iqtisadiyyatının infrastrukturu və strukturu, onun əsas sahələri, regional siyasətin prinsipləri, forma və üsulları ətraflı araşdırılır.

Mündəricat

Haqqında

Mezoiqtisadiyyat bir elm olaraq XIX əsrdə formalaşmağa başladı. Xarici tədqiqatçılar arasında regional iqtisadi nəzəriyyə, istehsal qüvvələrinin bölgüsü və regional istehsalın səmərəliliyi problemlərinin inkişafına ən diqqətçəkən töhfəni alman iqtisadçıları — Yohan fon Tünen, Alfred Veber, Valter Kristaller, Avqust Löş, professor Pensilvaniya Universitetinin iqtisadiyyat fakültəsi Valter İsard, fransız iqtisadçısı Jan Şardonnay, rus əsilli amerikalı iqtisadçı Vasili Leontiyev, V.Tompson, T.Palander, habelə məşhur dərsliklərin müəllifləri H.Armstronq və C.Teylor.

Əsasnamə

Mezoiqtisadi sistem mikroiqtisadiyyatı makroiqtisadiyyatla birləşdirən aralıq bir halqadır. Mikroiqtisadiyyat da, mezoiqtisadiyyat da hər ikisi makroiqtisadi sistemə, yəni vahid milli iqtisadiyyata daxildirlər. Onlar milli iqtisadiyyatın tərkibinə daxil olan müxtəlif səviyyələrdir və yalnız makroiqtisadi səviyyəyə aid olan münasibətlərlə birlikdə vahid milli iqtisadi sistemin bütövlüyünü təşkil edirlər.

Mezoiqtisadiyyat - makroiqtisadiyyatın yarımsistemidir; bir-biri ilə üzvi bağlı sahələr kompleksidir. Bu sahə iqtisadi fəaliyyətləri sektorlar, regionlar və ya klasterlər səviyyəsində tədqiq edir, iqtisadiyyatın ayrı-ayrı hissələrinin bir-biri ilə qarşılıqlı təsirini və bütövlükdə iqtisadi sistemə olan təsirini araşdırır.

Biblioqrafiya

  • Dictionary Definition of Meso-. Vol. 4, The American Heritage Dictionary of the English Language, 2004.
  • Dopfer, Kurt. «The Origins of Meso Economics Schumpeter’s Legacy.» In The Papers on Economics and Evolution. Jena, Germany: Evolutionary Economics Group 2006.
  • Dopfer, Kurt ; Foster, John and Potts, Jason. «Micro-Meso-Macro.» Journal of Evolutionary Economics 14 (2004): 263—279.
  • Dopfer, Kurt ; Potts, Jason. «The General Theory of Economic Evolution.» London; New York: Routledge (2008).
  • Khanya-aicdd. Sustainable Livelihoods Principles, 2006. Available from .
  • Mamalakis, Markos J. . «Poverty and Inequaliy in Latin America: Mesoeconomic Dimensions of Justice and Entitlements.» Journal of Interamerican Studies and World Affairs 38, no. 2/3 (1996): 181—199.
  • Popov, Evgeny V. "Minieconomics as a Separate Part of Microeconomics " Atlantic Economic Journal 33, no. 133 (2005).
  • Walz-Chojnacki, Greg. Markos Mamalakis: The Man Behind `Mesoeconomics' University of Wisconsin 2006 [cited 8 November 2006]. Available from .

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mezoiqtisadiyyat haqqında məlumat. Mezoiqtisadiyyat nədir? Mezoiqtisadiyyat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Musa Mirzəyev

  • Fevral 27, 2026

    Says-Piko sazişi

  • Fevral 28, 2026

    Rivne

  • Fevral 27, 2026

    Adi durnabalığı

  • Fevral 27, 2026

    Kosalı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst