Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gelibolu (türk. Gelibolu) — Türkiyədə yerləşən Çanaqqala əyalətinin inzibati vahididir. Marmara bölgəsinin Çanaqqala əyalətindəki, Türkiyənin Avropa hissəsindək

Gelibolu

  • Ana Səhifə
  • Vikipediya
  • Gelibolu

Gelibolu (türk. Gelibolu) — Türkiyədə yerləşən Çanaqqala əyalətinin inzibati vahididir. Marmara bölgəsinin Çanaqqala əyalətindəki, Türkiyənin Avropa hissəsindəki Şərqi Frakiyada yarımadanın cənub sahilində Dardanel boğazında, digər tərəfdən Lapsekidən 2 mil məsafə uzaqlığında yerləşən bir ilçə.

Gelibolu
Gelibolu

40°24′50″ şm. e. 26°40′13″ ş. u.HGYO


Ölkə
  •  Türkiyə
Tarixi və coğrafiyası
Sahəsi
  • 825 km²
Hündürlük
0 ± 1 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 44.174 nəf. (2024)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 17500
Avtomobil nömrəsi 17
Rəsmi sayt
Gelibolu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Gelibolunun nə vaxt və kimlər tərəfindən qurulduğu bilinmir. Lakin ilçənin keçmişinin Troya kəndi qədər qədim olduğu güman edilir. Bölgənin keçmiş adı "Kritote"dir. Qədim dövrlərdə burada Keltlər məskunlaşdığı üçün qədim yunan dilində "Qalliopolis" adlanırdı: Qalli (kelt) + polis (şəhər) = Keltlər şəhəri. Bu ad türk dilinə Gelibolu olaraq tərcümə olunur.

Bu gün Fransa, Belçika, İsveçrə və Reyn sahillərini əhatə edən bölgəni ələ keçirmiş və romalılar tərəfindən bu bölgəyə Qalya, xalqına isə Qalatlar adı verilmişdi. Qalatlar olaraq adlandırılan bu döyüşçü xalq eramızdan əvvəl 281-ci ildə Frakiya Krallığında baş vermiş qarışıqlıq zamanında Balkan yarımadasına, Çanaqqalaya və boğazın üzərindən Anadoluya keçmişlər. E.ə 278-ci ildə Anadoluda Sakarya və Qızılirmaq hövzəsini əhatə edən bölgəyə də "Qalatiya" adı verilmişdir. Ədirnə vilayəti Mətbəəsinin müdiri Şövkət Dağdevirənin yazdığı 1892-ci il tarixli səlnaməyə görə Gelibolu sancağı ilə əlaqəli Geliboludan başlayaraq İstanbul ərazisinə qədər əhatə olunan bu coğrafiyaya qədimdən “Trasya” adı verilirdi. 25889 müsəlman, 64029 qeyri-müsəlman olan sancağın ümumilikdə 89918 əhalisi var idi. Sancağ Gelibolu qəzası, Eceabat və Evreşe adlı iki rəsmi, Bolayır və Tayfur adlı iki könüllü idarəsinə, qəza olaraq 13691 müsəlman, 21780 rum, 1032 bulqar və 1756 yəhudi olmaqla ümumilikdə 38259 əhaliyə sahib idi. Köhnə tikililərdən daxili limanda təmir edilmiş bir hovuz, bir qüllə, 16 məscid, 2 mədrəsə, 1 Darülkurra (quran oxunan yer), 1 lisey, 7 ibtidai məktəb, 1 kitabxana, 6 kilsə, 2 sinaqoq, 11 dərviş lojası, II Əbdülhəmid tərəfindən genişləndirilmiş 1 Mövləvixana, 1 Muvakkitxana (namaz qılan şəxslərin namaz vaxtını təyin etdiyi və kiçik miqyasda astronomik tədqiqatlar apardığı yer), saat qülləsi, hökumət binası, ədliyyə, bələdiyyə, polis, hərbi idarələr, kazinolar, yanacaqdoldurma məntəqələri, rayon idarələri, 10 fabrik, 1 otel, 4 mehmanxana, 7 türk hamamı, 19 yel dəyirmanı, 1 kirəmitxana və Hamidiye adlı hərbi xəstəxana vardı.

Əhalisi

İlÜmumiŞəhərKənd
196535.43112.94522.486
197036.90914.71622.193
197535.28813.46621.822
198037.19914.72122.478
198540.01316.71523.298
199040.02018.67021.350
200046.22623.12723.099
200747.25231.24616.006
200945.85328.98916.864
201044.69728.32616.371
201145.32730.27315.054
201244.31529.99814.317
201343.34527.92715.418
201444.85128.96215.889
201544.13129.15114.980
201643.88629.27614.610

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gelibolu haqqında məlumat. Gelibolu nədir? Gelibolu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çiyələk

  • Fevral 27, 2026

    Dilqəm Nağıyev

  • Fevral 27, 2026

    Qaraqaşlı (Sabirabad)

  • Fevral 27, 2026

    Pirhəsənli

  • Fevral 27, 2026

    Mehdişəhr şəhristanı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst