Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tatarlar (öz adları tatar. татарлар, tatarlar) (digər adları: Qazan / Kazan tatarları, Volqa tatarları, Volqaboyu tatarları) ― türk xalqlarından biri.

Tatarlar

  • Ana Səhifə
  • Vikipediya
  • Tatarlar

Tatarlar (öz adları tatar. татарлар, tatarlar) (digər adları: Qazan / Kazan tatarları, Volqa tatarları, Volqaboyu tatarları) ― türk xalqlarından biri.

Tatarlar
Kazan tatarları (1885)
Ümumi sayı
6 755 000
Yaşadığı ərazilər
Rusiya Rusiya 5 310 649 (2010)
Qırğızıstan Qırğızıstan 28 656 (2012)
Qazaxıstan Qazaxıstan 203 371 (2012)
Ukrayna Ukrayna 73 304
Rumıniya Rumıniya 23 935
Çin ÇXR 4 890
Belarus Belarus 10 146
Estoniya Estoniya 2 582
Tacikistan Tacikistan 18 939 (2000)
Latviya Latviya 3 235
Polşa Polşa 447
Özbəkistan Özbəkistan 275 400
Kanada Kanada 2 300
Azərbaycan Azərbaycan 25 900
Dili

tatar dili

Dini

İslam (sünni) və xristian (pravoslav) azlıq, və şiə azlıq

Daxildir
Türk xalqları
Mənşəyi
Qıpcaq (türk)

Əsasən Rusiyanın Avropa hissəsinin mərkəzi vilayətlərində — xüsusilə Tatarıstan Respublikasında, Volqaboyu və Uralətrafı ərazilərdə — və Rusiyanın digər bölgələrində (məsələn Sibirdə) və şəhərlərində, ondan başqa həmçinin Qazaxıstanda və digər Orta Asiya ölkələrində, Çinin Sintszyan Uyğur Muxtar Rayonunda (tarixi Şərqi Türkistan bölgəsi) yaşayırlar. Keçmiş SSRİ-nin bir çox bölgələrində milli icmaları vardır.

Danışdıqları tatar dili, türk dilləri ailəsinin qıpçaq dilləri qoluna daxildir.

Keçmişdə İdil (Volqa) Bulqar dövləti və Qazan xanlığı kimi dövlətləri olub, lakin 1552-ci ildə Rus Çarlığı tərəfindən Qazan xanlığı və onun paytaxtı Qazan şəhərinin işğalı və xanlığın darmadağın edilməsindən bəri Rusiyanın tərkib hissəsi olublar.

Mündəricat

Adlanmaları

İndiki tatarlar

Tatarların hazırda özlərini "tatarlar" (татарлар) adlandırmalarına, və başqaları tərəfindən də məhz tatar olaraq adlanmalarına baxmayaraq, keçmişdə (təxminən 19-cu əsrədək) onlar özlərini aşağıdakı adlarla adlandırırdılar:

  • "Möselmannar" (мөселманнар), yəni "müsəlmanlar" (Qeyd: təxminən azərbaycanlıların özlərini keçmişdə bəzən sadəcə "müsəlman" adlandırmaları kimi)
  • "Qazanlılar" (казанлылар), yəni "Qazan şəhəri / Qazan xanlığı sakinləri, qazanlılar"
  • "Bulğarlar" (булгарлар), yəni "bulqarlar" (Qeyd: müasir slavyan xalqı olan bolqarlarla səhv salınmamalıdır)
  • "Törklər" (төркләр), yəni "türklər" (Qeyd: təxminən azərbaycanlıların özlərini vaxtilə əsasən "türklər" adlandırmaları kimi; Anadolu/Türkiyə türkləri ilə səhv salınmamalıdır) (bu ad bəzən həmçinin başqırdlara da şamil olunurdu)

"Tatar" adı

Rusiya İmperiyası zamanı ruslar imperiya ərazisindəki bütün türk xalqlarını (o cümlədən azərbaycanlıları da) öz aralarında və rusdilli rəsmi sənədlərdə "tatar" (elmi ədəbiyyatda bəzən "türk-tatar") adıyla qeyd edirdilər. Bununla belə, ruslar bu sözü bir çox türk xalqının adlanmasında da istifadəyə yeritdilər.

"Tatar" adını ruslar həmin zamanlarda azərbaycanlılara (Закавказские татары, yəni "Zaqafqaziya/Cənubi Qafqaz tatarları"; və ya Адербейджанские татары, yəni "Aderbeydjan/Azərbaycan tatarları"), qumuqlara (Дагестанские татары, yəni "Dağıstan tatarları"), noqaylara (Ногайские татары, yəni "noqay tatarları"), qaraçaylılar ilə balkarlara (Горские татары, yəni "dağlı tatarlar"), altaylılara (Алтайские татары, yəni "Altay tatarları"), xakaslara (Абаканские татары, yəni "Abakan tatarları"; Минусинские татары, yəni "Minusinsk tatarları"; Енисейские татары, yəni "Yenisey tatarları"; Áчинские татары, yəni "Aça tatarları"(bölgədəki Aça çayının adından)), şorlara (Кузнецкие татары, yəni "Kuznetsk tatarları"), çulımlar'a (Чулымские татары, yəni "Çulım tatarları"), və bir neçə digər türk xalqlarına şamil edirdilər (nadir hallarda isə "tatar" qavramı hətta qeyri-türk toplumları üçün də istifadə edilə bilərdi, məsələn monqoldilli xalqlardan biri olan buryatlar üçün "братские татары" (yəni "brat tatarları" ["brat" sözü burada "buryat" adının rus dilindəki köhnə yazılışını əks etdirir]) ifadəsi istifadə olunurdu.

Belə şəkildə də indiki zamanda sadə dillə "tatar" adlanan, Tatarıstanın əsas əhalisi olan tatarları ruslar "Volqa tatarları" (волжские татары), "Volqaboyu tatarları" (приволжские татары), "Qazan/Kazan tatarları" (Казанские татары) kimi ifadələrlə adlandırırdılar. Bu adlar indi də bəzən dəqiqləşdirmə (məsələn, tarixi mövzularda) və aydınlaşdırma lazım olduğu hallarda (məsələn, krım tatarlarından ayırd etmək üçün) istifadə olunurlar.

Müasir dövrdə "tatar" adını daşıyan və (və ya) istifadə edən digər xalqlar

' Müasir dövrdə, əvvəllər "tatar" adlanan türk xalqlarının çoxusu artıq belə adlanmasalar da, bəzi türk xalqlarının adlarında (indiki tatarların özlərindən başqa) hələ də "tatar" ifadəsi keçir, məsələn: krım tatarları (özlərini "qırımtatarlar", "tatarlar" adlarıyla yanaşı həmçinin "qırımlar", "qırım türkler" də çağırırlar) və sibir tatarları (özlərini "sıbırtatarlar" adıyla yanaşı həm də (əsasən) "sıbırlar" çağırırlar; bəzi mütəxəssislər sıbırları gah sadəcə indiki tatarların bir qolu, gah da müstəqil bir türk xalqı hesab edirlər) hələ də müasir dövrdə bu cür adlanırlar.

Bundan başqa, müasir dövrdə Sibirdə yaşayan bir neçə türk xalqının endoetnonimi (xalqın özünü adlandırması, xalqın öz-özünə verdiyi ad) də artıq "tatar" sözündən ibarətdir. Beləcə, müasir xakaslar özlərini adətən "tadar" (тадар) və "tadarlar" (тадарлар), şorlar özlərini bəzən "tatar-kiji" (татар-кижи), "tatar" (татар), "tadar-kiji" (тадар-кижи) və "tadar" (тадар), çulımlar özlərini bəzən "tatarlar" (татарлар) və "çulım tatar" (чулым татар), teleutlar özlərini bəzən "tadar" (тадар) və "tadar-kiji" (тадар-кижи) adlandırırlar.

Sayları

2002-ci il siyahiya alınmanın nəticələrinə görə, Rusiyada sayları 5,554,600 nəfərdir. Tatarlar Rusiya əhalisinin 3,83 %-ni təşkil edirlər, və say etibarı ilə ölkənin ruslardan sonra ikinci ən böyük xalqıdırlar.

Dinləri

Dini inanclarına görə sünni-müsəlmanlarıdır. Kiçik bir qrupları xristianlığın pravoslav qoluna sitayiş edir, kryaşenlar (tatarca kirəşennər) adlanırlar.

Dil

Tatarlar türk dillərinin qıpçaq qoluna qrupuna aid olan tatar dilində danışırlar.

Həmçinin bax

Əfqanıstan tatarları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tatarlar haqqında məlumat. Tatarlar nədir? Tatarlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Haplorhini

  • Fevral 23, 2026

    Feodalizm

  • Fevral 12, 2026

    Konstitusiyalı monarxiya

  • Fevral 24, 2026

    Kartvel dilləri

  • Fevral 24, 2026

    Kənd təsərrüfatı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst