Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Amudərya və ya Ceyhun (türkm. Ceyhun, Amıderya, özb. Amudaryo, fars. آمودریا‎; Âmudaryâ) — Orta Asiyada ən uzun çay. Uzunluğu 1415 kilometrdir. Dünyanın ən uzun

Amudərya

  • Ana Səhifə
  • Vikipediya
  • Amudərya

Amudərya və ya Ceyhun (türkm. Ceyhun, Amıderya, özb. Amudaryo, fars. آمودریا‎; Âmudaryâ) — Orta Asiyada ən uzun çay. Uzunluğu 1415 kilometrdir. Dünyanın ən uzun Qaraqum kanalı bu çaydan çəkilmişdir. Amudərya çayı Pamir dağlarından tökülür.

Amudərya
Xəritə
Ölkələr
  • Əfqanıstan
  • Tacikistan
  • Türkmənistan
  • Özbəkistan
Mənbəyi Pamir və Piyanc dağları
Mənsəbi Aral dənizinin cənubu
Uzunluğu 1415 km
Su sərfi 703 m³/san
Su hövzəsi 309.000
Hövzəsinin sahəsi 309.000 km²
Qollarının hövzəsi sağ və sol
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ceyhun

Tarixən bu çay Britaniya Hindistanı ilə Rusiya imperiyası arasında sərhəd olmuş. Bu gün isə o, Türkmənistan ilə Əfqanıstan arasında sərhəd rolunu oynayır.

Tarixi

Çay qədim zamanlardan bəri məlumdur. Amudərya qədim dövrlərdə bir çox ad daşıyırdı. Zərdüştlər ona "Vakş", "Arhara", "Raha" və ya "Ranha" deyirdilər. Orta əsrlərdə Amudərya boyu Rusiyadan Buxaraya ticarət yolu var idi. I Pyotr fəal şəkildə çayı rus ticarətinə cəlb etməyə çalışırdı. O zaman Amudərya çayı tədqiq edildi. Çayın sistemli tədqiqatları yalnız 20-ci əsrdə başlamışdır. Sonra suyun tərkibini müşahidə etməyə başladılar.

Su hövzəsi

Amudərya çayı — Orta Asiyada ikinci ən uzun və ən böyük çaydır. Uzunluğu 1415 kilometrdir, hövzəsi isə 309 min kvadrat kilometrdən çoxdur. Mənbəyi Pamir dağlarından başlayır. Çay Vaxş və Pənc çaylarının qovuşduğu yerdə əmələ gəlir. Aral dənizinə axaraq delta əmələ gətirir. Çayın suyu uca zirvələrdəki qar və buzlaqların əriməsi hesabına yığılır. İsti yay aylarında suyun səviyyəsi qalxır. Dünyanın ən uzun – Qaraqum kanalı bu çaydan çəkilmişdir.

Amudərya çayı beş dövlətin ərazisindən keçir: Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Əfqanıstan. Əsas axın Tacikistanda — 85% və Şimali Əfqanıstanda — 15% təşkil edir. Çay, 3 böyük sağ qol əmələ gətirir: Şerabad, Kafirnigan və Surxandarya. Kiçik bir sol qolu var — Kunduz. Suyun 80% -i 24 milyard kubmetr həcmində olan 36 su anbarı ilə tənzimlənir. Çayın illik axını 73,6 km 3 təşkil edir. Tarixən bu çay Britaniya Hindistanı ilə Rusiya İmperiyası arasında sərhəd olmuş. Bu gün isə o, Türkmənistan ilə Əfqanıstan arasında sərhəd rolunu oynayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Amudərya haqqında məlumat. Amudərya nədir? Amudərya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Koreyalılar

  • Fevral 24, 2026

    Metr

  • Fevral 23, 2026

    Akkra

  • Fevral 23, 2026

    17 noyabr

  • Fevral 24, 2026

    Kövkəb Səfərəliyeva

Trend Mahnılar
  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst