Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Koma və ya komatoz hal (yun. κῶμα — dərin yuxu) — mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı re

Koma

  • Ana Səhifə
  • Vikipediya
  • Koma

Koma və ya komatoz hal (yun. κῶμα — dərin yuxu) — mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət.

Koma
  • yun. yun. κῶμα
Komatoz hal
Komatoz hal
XBT-10 R40.2
XBT-9 780.01
XBT-9-KM 780.01
DiseasesDB 16940
MeSH D003128
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Huşun dəyişməsinə nəzarət edin

Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır. Nevroloji müayinə AVPU va Qlazqo koma şkalası (QKS) ilə aparılır. Baş zədələnməsi olan zərərçəkənin tez-tez müayina edilmasi onun vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin tayin edilməsi üçün vacibdir. Ciddi nevroloji pozğunluğun alamətlərinə huşun səviyyəsinin ağırlaşması (keylaşma→ sopor koma va ya Qlazqo koma şkalasının 2 va daha çox bal azalması), baş ağrılarının artması, bəbəyin birtərəfli genişlənməsi və birtərəfli zaiflik aiddir. Əmin olun ki, hipoksiya va şok huşda olan dəyişikliklərin əsas səbəbi deyil. Başın və boyunun vəziyyətini stabilləşdirən zaman zərərçəkənin huşunun səviyyəsinə va tanaffusünə nəzarət edin.

Mündəricat

Səbəbləri və təsnifatı

Sıra Mərkəzi Maddələr mübadiləsi Toksiki Kardiovaskulyar Respirator
1.Kəllə-beyin travması: kəllədaxili qanaxma (beyin qişaları arası qansızmalar: hörümçək torunabənzər qişaaltı)Qaraciyər çatmamazlığıAlkohol zəhərlənməsiŞokHypoksiyalar (oksigen çatışmazlığı)
2.Beyinin işimiyası: beyin damarlarının tıxacları: tromboz, emboliyaUremiyaQlikol zəhərlənməsiKardiogen şokHiperkapniya (qanda CO2-nin miqdarının normadan çox olması)
3.lat. Status epilepticusHiperqlikomiya, hipoqlikomiya; Qalxanabənzər vəzi çatmamazlığı: hipertireoz, hipotireoz; Böyrəküstü vəzi, Hipofiz çatmamazlığıSedativ, hipnotik, opiat, antidepressiv, salisilat və s. preparatlarla zəhərlənməYuxu arteriyasının daralmasıHipokapniya (qanda CO2-nin miqdarının normadan az olması)
4.Meningit, EnsefalitHipertermiya, hipotermiyaAnevrizmalarCO (dəm qazı) zəhərlənməsi


Mərkəzi koma

"Süni koma" ya "süni yuxu"

"Süni koma" təbabətdə geniş istifadə olunan termin olub, dərman preparatlarının xüsusilə hypnotik, sedativ, opioidlərin köməyi ilə məqsədyönlü şəkildə pasientin intensiv müalicə məqsədilə müddətli dərin yuxuda saxlanılmasına deyilir. Bu hala uzunmüddətli ümumi narkoz kimi də baxmaq olar. Məqsəd süni tənəffüs rejimində aparılan intensiv müalicəni təmin etmək, orqanizmi mühafizə etmək, beyin qabığının faliyyətinə mənfi təsirləri azaltmaqdır. Klassik süni koma üçün adətən hipnotik propofol, sedativ dormikum (midozalam), narkotik ağrıkəsicilər sufentanil, fentanil preparatlaraından istifadə olunur. Bütün Şokların, ağır politravmaların, xüsusən kəllə-beyin tavmalarında, tənəffüs çatmamazlığı olan xəstələrin intensiv müalicəsi "süni koma" yaxud "süni yuxu" şəraitində aparılır. Pasienti klinik vəziyyət sabitləşdikdən, ürək-qan dövranı və tənəffüs sistemi nizamlandıqdan sonra "süni koma" törədən preparatların yeridilməsi dayandırılmaqla ayıltmaq mümkündür. Bəzən elə olur ki, beyin qabığının zədələnmə dərəcəsindən asılı olaraq pasient ayılsa da onda mental aktivlik çox zəifləmiş və ya heç olmur. Buna tibbdə vegetativ hal deyilir.

Ayıq koma (vegetativ hal)

Ayıq koma (lat. Coma vigile) ya Apallik sindrom baş beyin yarımkürələrinin, xüsusilə beyin qabığının bu və digər səbəblərdən zədələnməsi ya funksiyasının pozulması nəticəsində vegetativ və hərəki reflekslər saxlanılmaqla mental özünüidarə aktivliyin mövcudsuzluğu ilə xarakterizə olunan vegetativ hal — dekortikasiya (vegetativ həyat).

Endokrin koma

Endokrin koma daxili sekresiya vəzilərinin bu və ya digər səbəbdən hormon sintez müvazinətinin pozulmasi (ya az ya da həddindən siyadə sintez etməsi) ilə meydana çıxır.

  • Diabetik koma (coma diabeticum) — Şəkərli diabetli xəstələrdə insulin çatışmazlığı şəkərin hüceyrə və toxumalar tərəfindən mənimsənilməməsinə səbəb olur ki, bu da öz növbəsində qanda onun miqdarının hədsiz artmasina gətirib çıxarır. Nəticə etibarilə keton hissəciklərinin artması toksiki ketoasidoza səbəb olur.
  • Hipokortikoid koması (coma hypocorticoideum) ya böyrəküstü vəzi koması (coma suprarenale)
  • Hipopituitar koma (coma hypopituitarium) ya hipofizar koma (coma hypophysiale)
  • Hipotireoid koma (coma hypothyreoideum) ya miksödematoz koma (coma myxoedematosum).

Toksiki koma

Kardiovaskulyar koma

Respirator koma

Mərhələlər

Mərhələlər Klinik mənzərə
Somnolenshər an ayılabilən yuxucul və apatik, şərti kooperativ hal
Soporbərk qıcıq təsirindən ayılabilən uzunsürən yuxuculuq
Komaayılabilməyən yuxuculuq, bu zaman pasient gözlər qapanmış və tam huşsuz olur
I mərhələpasient ağrı qıcığına qarşı məqsədli reaksiya (iflic olmayan ətraflarla) verir
II mərhələpasient ağrı qıcığına qarşı məqsədsiz ümumi hərəkətlə reaksiya verir
III mərhələağrı qıcığına qarşı reaksiyanın olmaması, lakin beyin kötüyü refleksleri saxlanılır
IV mərhələağrı qıcığına qarşı reaksiyanın olmaması eyni zamanda beyin kötüyü reflekslerinin itməsi, patoloji tənəffüsün meydana çıxması, bəbəklərin geniş və reaksiyasız olması

Ramzay (0–6) şkalası ilə qiymətləndirmə

BalKlinik mənzərəİzahat
0ayıq, müvazinətli
1təşvişli, həyəcanlı, qorxaq
2ayıq, ünsiyyətli (kooperativ), Süni tənəffüsə tolerant
3yuxucul amma, ünsiyyətli (kooperativ)(Ucadan çağırdıqda, sığalladıqda gözlərini açır)
4Yuxulu, ünsiyyətsiz (qeyri-kooperativ)(Ucadan çağırdıqda, sığalladıqda gözlərini açmır, ancaq ağrı qıcığına çevik cavab verir)
5Süni Koma (narkoz)(ağrı qıcığına zəif, süst reaksiya)
6Dərin koma(ağrı qıcığına heç bir cavab reaksiza olmur.)

Qlasqo-Koma şkalası ilə qiymətləndirmə

Göz qapaqlarının açılması Xallar Şifahi cavablandırma Xallar Hərəki cavablar Xallar
spontan4tam yönümlü5ancaq müraciət olunduqda6
müraciət olunduqda3qeyri tam yönümlü4ağrıya qarşı məqsədli5
ancaq ağrıya qarşı2qeyri adekvat3ağrıya qarşı məqsədsiz4
mənfi1anlaşılmaz2bükücü mexanizm3
1açıcı mexanizm2
mənfi1

Qiymətləndirilməsi:

< 4 xal = 85% dəyişkən vegetativ status

< 8 xal = ağır beyin funksional pozğunluq

> 11 xal = 5–10% dəyişkən vegetativ status, 85% bərpa olunan zəif funksional pozğunluq

Həmçinin bax

  • Diabetik koma

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Koma haqqında məlumat. Koma nədir? Koma nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mitilini

  • Fevral 27, 2026

    Perseida

  • Fevral 27, 2026

    Hipermətn

  • Fevral 28, 2026

    Murovdağ (Göygöl)

  • Fevral 27, 2026

    Cəfər Xəndan

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst