Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kələki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının

Kələki

  • Ana Səhifə
  • Vikipediya
  • Kələki

Kələki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Kələki
39°00′12″ şm. e. 45°58′55″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 492 nəf. (2009)
Xəritəni göstər/gizlə
Kələki xəritədə
Kələki
Kələki

Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Əbülfəz Elçibəyin doğulduğu kənddir.

Mündəricat

Tarixi

Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından almışdır. Oykonim ərəb dilindəki kələ (məbəd) və fars dilindəki kuh sözünun fonetik variantı olan ki (dağ) sözlərindən düzəlib, "məbəd dağı" mənasındadır.

Əhalisi

27 aqvust 1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (səh. 183–184) verilən məlumata əsasən Naxçıvan sancağının Azadciran nahiyəsinə tabe olan Kələki kəndində kişi cinsindən 28 nəfər qeyri-müsəlman əhali var idi. Əhalinin sayı 2009-cu ildə siyahıya alınmaya görə 492 nəfərdir.

Tanınmışları

  • Əbülfəz Elçibəy — Azərbaycan Respublikasının eks prezidenti
  • Aydın Qasımlı — Türkoloq, filologiya elmləri namizədi

Həmçinin bax

  • Ordubad rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kələki haqqında məlumat. Kələki nədir? Kələki nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bella Axmadulina

  • Fevral 27, 2026

    XV Lüdovik

  • Fevral 27, 2026

    Dinamika

  • Fevral 27, 2026

    Boz durna

  • Fevral 27, 2026

    Müqəddəsi (coğrafiyaçı)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst