Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Telamon (q.yun. Τελαμών — sözün həqiqi mənasında "daşıyıcı", kökü τληναι sözünə bağlıdır) — qədim yunan mifologiyasında Eak və Endeidanın oğlu (və ya Ferekidə ə

Telamon

  • Ana Səhifə
  • Vikipediya
  • Telamon

Telamon (q.yun. Τελαμών — sözün həqiqi mənasında "daşıyıcı", kökü τληναι sözünə bağlıdır) — qədim yunan mifologiyasında Eak və Endeidanın oğlu (və ya Ferekidə əsasən, Aktey və Qlavkanın), Peleyin qardaşı və Böyük Ayaks, Tevkr Telamonid və Trambelin atası; həm də Miltiadin mifik əcdadı. Salamin adasının hökmdarı."İliada" və "Odissey" (XI 468) əsərlərində onun haqqında bir neçə dəfə bəhs olunur. Onun "Telamon" adı qala qalxanı üçün istifadə edilən toqqalı lentin adıdır, hansı ki həmçinin "dayaq, dəstək" mənasını verirdi.

Telamon
q.yun. Τελαμών
Cinsi kişi
Atası Eak və ya Aktey
Anası Endeida və ya Qlavka
Qardaşı və bacısı Peley
Arvadı Peribeya
Uşaqları Böyük Ayaks, Tevkr Telamonid və Trambel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, bir arqonavt idi, qardaşı ilə sol bortda burun avarlarında oturmuşdur. Peliusa görə keçirilən cənazə oyunlarında disk atışında qələbə qazandı. Kalidon ovunun iştirakçısı olmuşdur. Anasının təhriki ilə Peleylə birlikdə qardaşı Foku öldürdü, bunun nəticəsində o, Salaminə Kixreyin yanına qaçmağa məcbur oldu, hansı ki onu cinayətdən təmizlədi və Salamin səltənətinin varisi etdi. Qardaşı Foku öldürdüyü üçün atası tərəfindən Eginadan qovuldu. Salamində məskunlaşdı və Alkafoyun qızı Peribeya ilə evləndi və Eant adlı oğlu oldu. Fokun qətl ittihamlarına qarşı özünü dənizdə qum təpəsində müdafiə edirdi.

Troyanın Herakl tərəfindən mühasirəsi zamanı, Telamon, atası Eak tərəfindən inşa edilən yerdən divara birinci qalxdı. Qəhrəmanlığına həsəd aparan Herakl, qılıncla Telamona tərəf qaçdı. Ancaq özünü müdafiə etməyən Telamon, Herakl üçün bir qurbangah tikdiyini izah edərək daş yığmağa başladı. Hərbi qənimətlərin bölünməsi ilə padşah qızı Hesionaya yiyə çıxdı və onların Tevkr adında uşaqları oldu.

Heraklın amazonlarla müharibəsində iştirak etmişdir. Versiyaya görə, Heraklın Elidaya hücumu zamanı öldü və Araoniya (Arkadiya) çayının sahilində dəfn edilmişdir. Daha yayılmış versiyaya əsasən, o, Troya müharibəsindən sonra belə sağ idi.

Telamon və Ayaks Salaminin havadarları kimi tanınırlar. E.ə. 480-ci ildə baş verən Salamin döyüşü ərəfəsində yunanlar onları çağıraraq dua edirdilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Telamon haqqında məlumat. Telamon nədir? Telamon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səlib yürüşləri

  • Fevral 27, 2026

    Mərsin ili

  • Fevral 27, 2026

    Kodlar

  • Fevral 27, 2026

    Qaysın Quliyev

  • Fevral 28, 2026

    Qreq Ebbott

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst