Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələmut qalası (fars. الموت‎) — İranın Qəzvin ostanında, Talış dağlarının və Elburs dağ sisteminin kəsişməsində, 2163 metr hündürlükdə yerləşən qədim qala. Hazır

Ələmut

  • Ana Səhifə
  • Vikipediya
  • Ələmut

Ələmut qalası (fars. الموت‎) — İranın Qəzvin ostanında, Talış dağlarının və Elburs dağ sisteminin kəsişməsində, 2163 metr hündürlükdə yerləşən qədim qala. Hazırda yalnız dağıntıları qalmışdır. Həmdullah Qəzvininin qeydlərinə görə 840-cı ildə, başqa versiyaya görə isə 859-cu ildə tikilmişdir. Qala Tehrandan 100 km uzaqda, Şahrud və Ələmut çayları arasındakı Rudbar vadisində 200 metr yüksəklikdəki qayanın üzərində yerləşir.

Ələmut qalası
36°26′41″ şm. e. 50°35′10″ ş. u.HGYO
Ölkə
  •  İran
Tarixi və coğrafiyası
Ləğv olunub dekabr 1257
Mərkəzin hündürlüyü 2.000 m
Xəritəni göstər/gizlə
Ələmut qalası xəritədə
Ələmut qalası
Ələmut qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ələmut qalasının dağıntıları (2016)

Qalanın adı tərcümədə "Qartal yuvası" mənasını verir.

1090–1256-cı illərdə Ələmut qalası Həsən Sabbah tərəfindən əsası qoyulan Nizarilər dövlətinin paytaxtı olmuşdur.

Mündəricat

Monqol işğalı

Ələmutun monqollar tərəfindən mühasirəsi

1256-cı ildə Monqol dövlətinin böyük xanı Möngkenin əmri ilə Hülaku xanın qoşunları İran və Yaxın Şərqdə tam hakimiyyəti ələ keçirmək üçün yürüşə başladı. Həmin ilin iyununda Ələmut qalası mühasirəyə alındı. Noyabrın 19-da Nizari imamı Rüknəddin Xurşah istilaçıların mərhəmət göstərəcəyi ümidi ilə Meymundizdəki iqamətgahının qapılarını onların üzünə açdı. Hülaku xanın tələbi ilə o öz dövlətinin bütün hakimlərinə məktub göndərərək təslim olmalarını əmr etdi. 40-a yaxın qala bu əmrə tabe olsa da, Ələmut və Lamasar müqaviməti davam etdirdilər. 15 dekabrda Ələmut üzərinə başlayan hücum ayın 19-da uğurla nəticələnir və alınmaz hesab olunan qala monqollara təslim olur.

Hülaku xanı səfərdə müşayiət edən tarixçi Ata Malik Cüveyni qalanın zəngin kitabxanasını dağıdılmaqdan xilas etdi. Burada o, naməlum 10-cu əsr müəllifinə aid olan "Gilan və Deyləmin tarixi" kitabını və sonradan özünün "Tarix-i cahanguşa" əsərində istifadə edəcəyi Həsən Sabbahın həyatından bəhs edən "Sərgüzəşti seyidna" əlyazmasını tapmışdır. Buradakı əsərlərlə tanış olduqdan sonra o, İsmaili təriqətini təbliğ edən əsərləri yandırmışdır.

Sonrakı dövr

Səfəvilərin hakimiyyəti dövründə Ələmut siyasi rəqiblərin sürgün yeri kimi istifadə edilirdi. Qacarların dövründə isə Rudbar vadisindəki digər qalalarla birlikdə Ələmut da dəfinə ovçuları tərəfindən yağmalanmışdı.

Müasir dövr

2004-cü ildə İranda baş verən zəlzələdən sonra qalanın qalıqları daha da böyük dağıntılara məruz qalıb.

Hazırda İran Mədəni irsi qoruma və turizm təşkilatının rəhbərliyi altında Rudbar vadisində "Ələmut" mədəni və tarixi layihəsi həyata keçirilir. Qala İranın mədəniyyət abidələri reyestrinə daxil edilib.

Həmçinin bax

  • Həsən Sabbah
  • İsmaililər
  • Əlamut (Vladimir Bartol)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ələmut haqqında məlumat. Ələmut nədir? Ələmut nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kotanarx

  • Fevral 27, 2026

    Texas ştatı

  • Fevral 27, 2026

    Tatev monastırı

  • Fevral 27, 2026

    Əlvənd mirzə

  • Fevral 25, 2026

    Xristoloji mübahisələr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst