Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Manqanaktinolit (7,4 %-dək MnO), xromaktinolit (3 %-dək Cr2O3), smaraqdit – zümrüdü- və otu-yaşıl növ müxtəlifliyi, amiant (aktinolit-asbest) – liflərinin damar

Aktinolit

  • Ana Səhifə
  • Vikipediya
  • Aktinolit

Aktinolit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Aktinolit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Ca2(Mg,Fe)5[OH|Si4O11]2
Strunz təsnifatı VIII/D.05b
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya monoklinik sinqoniya[d]
Zolaq rəngi ağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Növ müxtəliflikləri

Manqanaktinolit (7,4 %-dək MnO), xromaktinolit (3 %-dək Cr2O3), smaraqdit – zümrüdü- və otu-yaşıl növ müxtəlifliyi, amiant (aktinolit-asbest) – liflərinin damarcıqların divarlarına perpendikulyar yerləşməsi ilə səciyyələnən paralellifli damarcıq əmələgəlmələri; nefrit (jad) – sıx gizlikristallik aqreqatlar.

Xassələri

Rəng – müxtəlif intersivlikli yaşıl, qəhvəyi; Mineralın cizgisinin rəngi – rəngsizdən solğun-yaşıladək; Parıltı – şüşə parıltısından ipəyiyədək; Şəffaflıq – yarımşəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3-3,3; S – 5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə 56° bucaq altında mükəmməl, {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıya (nefritdə) - və tikanlıyadək – aktinolit-asbestdə və nefritdə; Morfologiya – kristallar: qısaprizmatik, sütunvari; Mineral aqreqatları: şüalı, qarışıq - və paralellifli, dənəvər, çubuqvari.

Mənşəyi və yayılması

Karbonat süxurlarının, ultraəsası və əsası süxurların regional metamorfizmi zamanı əmələ gəlir. Adətən kristallik şistlərdə, kalsifirlərdə, talk, serpentin və aktinolit şistlərində müşahidə edilir. Mineralın kontakt-metasomatik əmələgəlmələrinə püskürmə süxurlarının əhəngdaşı və dolomitlərlə kontakt zonalarında rast gəlinir. Aktinolit - asbest bəzən kolçedan yataqlarında müşahidə olunur. Birlikdə rast gəldiyi minerallar: kalsit, serpentin, antofillit, talk, antiqorit, epidot, hornblend, rutil, xlorit, kvars və b. Mineralın tapıldığı yerlər: Sillertal (Avstriya); Filizli dağlar, Türingiya meşəsi (Almaniya); Beloreçenski və Kalatinski yataqları (Rusiya); Qan-su əyaləti, Kun-Lun silsiləsi (Çin); Polineziya adaları və b. Azərbaycanda Kiçik Qafqaz ofiolit zonasının hiperbazitlərində, Daşkəsən rayonunun skarnlarında, bəzi kolçedan yataqlarında (Filizçay, Katsdağ, Çıraqdərə, Toğanalı) və s. qeyd edilir.

Tətbiqi

Aktinolit-asbestdən odadavamlı xammal kimi sənayenin müxtəlif sahələrində istifadə edilir. Nefrit yarımqiymətli zərgərlik və dayanıqlı məmulat daşıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aktinolit haqqında məlumat. Aktinolit nədir? Aktinolit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Barselona FK

  • Fevral 27, 2026

    Cəlaləddin Süyuti

  • Fevral 27, 2026

    Təbiət fəlsəfəsi

  • Fevral 27, 2026

    Alectoris

  • Fevral 25, 2026

    Ukrayna prezidenti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst