Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hafiz Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr əs-Süyuti (ərəb. جلال الدين السيوطي‎; 11 sentyabr 1445, Qahirə, Misir, Məmlük dövləti – 17 oktyabr 1505, Qahirə, Misir

Cəlaləddin Süyuti

  • Ana Səhifə
  • Vikipediya
  • Cəlaləddin Süyuti

Hafiz Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr əs-Süyuti (ərəb. جلال الدين السيوطي‎; 11 sentyabr 1445, Qahirə, Misir, Məmlük dövləti – 17 oktyabr 1505, Qahirə, Misir, Məmlük dövləti) — təfsir, hədis, fiqh, ərəb dili və ədəbiyyatı alimi.

Cəlaləddin Süyuti
ərəb. جلال الدين السيوطي‎
Doğum tarixi 11 sentyabr 1445(1445-09-11)
Doğum yeri
  • Qahirə, Misir, Məmlük dövləti
Vəfat tarixi 17 oktyabr 1505(1505-10-17) (60 yaşında)
Vəfat yeri
  • Qahirə, Misir, Məmlük dövləti
Elm sahələri təfsir, fiqh, Üsuli-Fiqh
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

1 Rəcəb 849-cu ildə (Oktyabr 1445) Qahirədə anadan olub. Hudeyri nisbəsi ilə də tanınır. Böyük babası Hümaməddin sufi olub və onun məzarı hələ də ziyarətgahdır.

Təhsil həyatına Quranı öyrənərək başlamış və "Umdətül-əhkam", "Minhəcüt-talibin", "əl-Əlfiyyə" və "Minhəcül-vüsul" adlı kitabları əzbərləmişdir. Şümunni, Bulkini, Məhəlli və Qafiyəciyə tələbəlik etmiş, İbn Tolun, Mənufi, Davudi, İbn İyas, Nəşşar, Şami, Əlqami, Şazəlli isə ondan elm almışdır.

Süyuti, həyatının son beş ilini Nildəki Rəvza adasında keçirmiş və orada da (Oktyabr 1505) vəfat etmişdir.

Hədis elmindəki yeri

Süyuti, İbn Həcər əl-Əsqəlanidən dərhal sonrakı dövrdə hədis elmini təmsil edən bir neçə mühüm şəxsiyyətdən biridir. O, həyatının bəzi dövrlərində hədis müəllimliyi etmiş və əsasən hədis sahəsində əsərlər qələmə almışdır. Hədis elmində mütləq müctəhid sayılmağın hafizlik məqamına çatmaqla mümkün olduğunu deyən Süyuti, özü 200.000 hədisi əzbər bildiyini və bu elmdə müctəhidlik dərəcəsinə çatdığını bildirmişdir. Öz dövründə ondan başqa hədis hafizinin olmadığını irəli sürsə də, digər bəzi əsərlərində Səxavi, Biqai, Fəxrəddin Osman ibn Məhəmməd əd-Diyəmi və İbrahim ibn Əli əl-Qərkaşəndi kimi alimləri də hafiz olaraq xatırlayır. Hədis elminin həm rəvayət, həm də dirayət sahəsində əsərlər yazmış Süyuti, xüsusilə "cəmi" tipli kitabları ilə həmin dövrdə geniş yayılmış ensiklopedik əsər yazma ənənəsini hədis sahəsində də gətirmişdir.

Əsərləri

Qələmə almış olduğu əsərləri bunlardır:

  • Təfsirul-Cəlaleyn. Əsərin müəllifi Məhəlli olsa da, əsər Süyuti tərəfindən tamamlanmışdır.
  • əd-Dürrul-Mənsur. Süyuti bu əsərini rəvayət metoduna əsaslanaraq qələmə almışdır.
  • Əl-İtqan fi Ülum əl-Quran. Quran elmlərinə dair əsəri.
  • Cəmul-Cəvami. Bütün hədisləri toplamaq məqsədilə qələmə alınmış əsəri.
  • əl-Cəmius-Sağir. Müəllifin qısa hədislərə bağlı əsəri.
  • ət-Təvşir. Buxarinin "Səhih" əsərinə yazılmış şərhdir.
  • əl-Havi lil-Fətavi. Süyutinin fətvalarının cəm olduğu əsər.
  • əl-Əşbah vən-Nəzair. Hüquqla bağlı qələmə alınmış əsəri.
  • əl-Muzhir. Süyutinin qələmə almış olduğu lüğət.
  • əl-Budurus-Səfirə. Axirət həyatı ilə bağlı əsəri.
  • əl-Həsaisül-Kübrə. Məhəmməd peyğəmbərin möcüzələri haqqında olan əsəri.
  • Buğyətül-Vuat. Dilçi alimlər haqqında olan əsəri.

Həmçinin bax

  • Ərəb dili
  • Quran təfsiri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəlaləddin Süyuti haqqında məlumat. Cəlaləddin Süyuti nədir? Cəlaləddin Süyuti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çəhrayı qutan

  • Fevral 27, 2026

    Amazon (şirkət)

  • Fevral 27, 2026

    Tuluq zurnası

  • Fevral 27, 2026

    Cüyür

  • Fevral 27, 2026

    Lider

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst