Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İşim çayı (qaz. Есіл) — Qazaxıstan və Rusiya ərazisindən axan, İrtış çayının sol və ən uzun qolu. Çayın hövzəsinin sahəsi 177 000 km², uzunluğu 2450 km-dir. İll

İşim çayı

  • Ana Səhifə
  • Vikipediya
  • İşim çayı

İşim çayı (qaz. Есіл) — Qazaxıstan və Rusiya ərazisindən axan, İrtış çayının sol və ən uzun qolu. Çayın hövzəsinin sahəsi 177 000 km², uzunluğu 2450 km-dir. İllik su sərfiyyatı 76,0 kub. m³/san-dir. İşim çayı İrtış çayının sol qolu olaraq, onun 1016 km-liyində çaya tökülür.

İşim
rus. Ишим, qaz. Есіл
İşim çayı
İşim çayı
Xəritə
Ölkələr
  •  Qazaxıstan
  •  Rusiya
Mənbəyi Qazaxıstan alçaq təpəliyi
Mənsəbi İrtış çayı --> Kara dənizi
Uzunluğu 2450 km
Su sərfi 3000 m³/san
Su hövzəsi 177000
Hövzəsinin sahəsi 177000 km²
İşim çayı (Sibir federal dairəsi)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
İşim çayı Sibirin fiziki xəritəsində:
50° 38′ 4.5″ N, 73° 11′ 40.4

50°38′ şm. e. 73°11′ ş. u.HGYO
57° 41′ 53″ N, 71° 11′ 51″ E

57°41′ şm. e. 71°11′ ş. u.HGYO
DSR?! 14010300212115300008071
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adı

Xalq arasında belə rəvayət vardır ki, tatar xanının oğlu Kuçum İşim adsız bir çayda boğulmuşdur. Sonradan çayın adı onun şərəfinə verilir. Üstəlik "İşimak" sözü Tatar dilindən tərçümədə "uçurulmuş" mənasını verir.

Coğrafi xüsusiyyətləri

İrtış çayının hövzəsi

Çay öz başlanğıcını Qazax alçaq dağlığından götürür. Çay 775 km məsafədə şərqdən qərbə doğru axır. Yuxarı axarlarda çay əsasən şimal-qərb, qərb istiqamətinə yönəlir. Çay Astananın yaxınlığında cənub-qərbə yönəlir. 1578 km-də Derjavinsk şəhəri yaxınlığında çay istiqamətini tamamən dəyişərək meredian üzrə cənubdan şimala yönəlir. Çay Qərbi Sibir düzənliyinə çıxır və burada İşim düzənliyi ilə axaraq İrtış çayına tökülür (Ust-İşim kəndi yaxınlığında).

Hidrologiya və iqlim

Çayın qidalanmasında başlıca rolu qar oynayır. Çay noyabr ayında donur və apreldə buzdan azad olur. Orta illik sərfiyyat 1,11 m³/saniyədir.

Çayın axdığı ərazidə qış şaxtalı və soyuq, yayı isə istidir. Ən soyuq ay yanvar, isti ay isə iyuldur. Qışda minimal temperatur -49°, yayda isə +40 °C təşkil edir. İlin cəmi 180-200 günü 0 °C-dən yüksək olur. Aprel ayından etibarən hər gün temoeratur 0.5 °C artır.

Hövzəsi

İşim çayının hövzəsi 177 000 km² təşkil edir ki, bununda 20% Rusiya ərazisində yerləşir. Qolları (Qazaxıstan): sağ — Koluton, Jabay, Akan-Burluk, İmanbulık, sol — Terisakkan; (Rusiya) sağ — Karasul, İk, sol — Barsuk.

Şəhərləri

Çayın sahilində Qazaxıstanınn paytaxtı olan Astana şəhəri yerləşir. Sahilində yerləşən şəhərlər: Atbasar, Jabay, Esil, Derjavinsk, Sergeyevka, Petropavl (Qazaxıstan) və İşim (Rusiya).

Əhəmiyyəti

Çayın suyu iri şəhərlərin içməli suya olan tələbatın ödənilməsində istifadə edilir. Naviqasiya üçün Petrapavlovskdan Serqeevski suanbarına qədər olan 270 km məsafədə yararlıdır. Üstəlik balıq məhsullarının isteksalı məqsədi ilə yararlıdır.

Ekologiya

İşim çayının suları güclü şəkildə çirklənmişdir. Aşağı axarlarda neftlə çirklənmə 6, dəmirlə 7-4 dəfə normanı keçir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İşim çayı haqqında məlumat. İşim çayı nədir? İşim çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Approksimasiya

  • Fevral 27, 2026

    Absurdizm

  • Fevral 27, 2026

    Aşağıtorpaqlı (Aralıq)

  • Fevral 27, 2026

    Maqnit sahəsi

  • Fevral 27, 2026

    Pavel Sisiyanov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst