
Seymur Məmmədovun ifa etdiyi “Cavan İdim” parçası artıq onlayndır!
Seymur Məmmədova YouTube-da abunə ol : https://bit.ly/3YIqhVS
Söz : Namiq Qaraçuxurlu
Musiqi : Namiq Qaraçuxurlu
Aranjiman : Bayram Bağırsoy
Miks və Masterinq : Vusal Ömər
Klip : Bahti Baba
Seymur Məmmədovu sosial şəbəkələrdə izlə :
Instagram - https://bit.ly/3ID3EMY
Seymur Məmmədovu rəqəmsal platformalarda dinlə :
Spotify - https://spoti.fi/3KtZ3Oa
Apple Music - https://apple.co/3IELMRW
Deezer - https://bit.ly/3Z1cJEw
Genius - https://bit.ly/3okQHzA
Sözlər :
\x5bBənd 1\x5d
Bir vaxtı cavan idim, can deyərdi hər sözümə,
Yaş ötüb qocalmışam indi baxmayır üzümə
Belə bir söz deyərdi ölənə qədər səninləyəm
Mən indi can üstəyəm o, isə görünmür gözümə.
O, görünmür gözümə, halı pərişən gedirəm.
Baxıram rəsmimizə gözləri bir yan gedirəm.
Mən üçün doğma olan, nazlı, gözəl dilbərimin
Halını sormamışam yaman nigaran gedirəm.
\x5bNəqarət\x5d
Qaşı qara.. gözü qara..
O, gözəl nazlı yara
Yetirin sözlərimi, yumuram gözlərimi.
Qaşı qara.. gözü qara..
O, gözəl nazlı yara
Yetirin sözlərimi, yumuram gözlərimi.
Məni çox çəkdi dara.
\x5bBənd 2\x5d
Yumuram gözlərimi üz tutub o dünyaya
Məni salmış Yaradan belə bir sevdaya
Yaxşısı budur ölüm qurtarım canımı
Nə dağa külüc vurum, nə də ki, düşüm səhraya.
Nə də avara gəzim güşeyi meyxanələri,
Özümə həmdəm edim, mey dolu peymanələri,
Bilirəm meydə mənim dərədimə dərman eləməz,
Ona aludə görəndə dəli divanələri...
\x5bNəqarət\x5d
Qaşı qara.. gözü qara..
O, gözəl nazlı yara
Yetirin sözlərimi, yumuram gözlərimi.
Qaşı qara.. gözü qara..
O, gözəl nazlı yara
Yetirin sözlərimi, yumuram gözlərimi.
Məni çox çəkdi dara...
Seymur Məmmədov - un ifa etdiyi bütün audio və video məzmunlar \NK Media\ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
Müəllif: nina.az
Nəşr tarixi:
seymur memmedov cavan idim resmi musiqi videosu mp3 yukle, seymur məmmədov — cavan idim (rəsmi musiqi videosu), mp3, musiqi, mahni, yukle, pulsuz, mahni yukle, mp3 yukle, mp3 musiqi, musiqi yukle, bass, bass, hit, xit, pop, trap, mahnı yüklə, mp3 yüklə