Orxan Zeynallının Rasim Müzəffərli ilə birgə ifa etdiyi “Sahildən Uzaq” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya Youtube-da abunə ol: https://mikpro.az/ozey...
Musiqi: Rasim Müzəffərli
Söz: Orkhan Zeynalli
Rasim Müzəffərli
Aranjiman: Amal’
Miks və masterinq: Adil Najafov
Video: Aliyar Mikayilov
Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: https://mikpro.az/ozey...
Instagram: https://mikpro.az/ozey...
Genius: https://mikpro.az/ozey...
Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: https://mikpro.az/ozey...
Sözlər:
\x5bBənd 1\x5d
Hər dəfə məni bura çıxaran həyat
Heç utanırsanmı cızdığın yoldan?
Heç nəyin dadını çıxara bilməməklə sınağın azdırmı?
Nə olar, bitsin bu kədər-qəm, mən daha yazmayım
Sən daha dinləmə heç nə
Nəfsimi bitirəndən yolumu da azmayım
Sevgilim desin ki, gec deyil
Göylərin təsəllisində qar var
Həyatımın hər zirvəsində karma, xatırladır qəmi
Yenə xoşbəxt sahildən uzaq batır gəmim
Sənə yaxın gəlim, ya da çox uzaq?
Axı mənə getmək yaraşır
Həyatım, deyəsən, hər 5 ildən bir
“Hər şeyi silib itmək” yarışı
Buralar mənə tanışdır
Bu ürək kibritimlə alışmır
Məni bu həyata küsdürən hər kəsi bağışladım
Amma həyatımın özü küsdür mənə və barışmır
Yenə uzaqlaşmışdım özümdən, məni bağışla
Çətindir bu qədər işığın içində səmimi qalmaq
Və təmiz sevgidən danışmaq
Məni qaytar suların saflığına
Sular ölmür, dərində boğulmur
İstədim hamı kimi olmadan istidə qalmaq
Ocaq saxta “камин”də doğulmur
Xatirə dəftərimə ürək sözünü yazma, sadəcə gülüş çək
Mənə soyuqdur, qızım, al bu ürəyi, üstünə Günəş çək
\x5bNəqərat\x5d
Nələr-nələr üzür qəlbimdə
Üzməyi bilməyən nə bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən gəmilər
Nələr-nələr üzür qəlbimdə
Üzməyi bilməyən nə bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən gəmilər
\x5bBənd 2\x5d
Məndən bu qədər, arzularımın hamısını yaşamağa
Yetmədi cürət, doymuram hələ də
Bu gün zirvədə görünə bilərəm
Sanma ki, dünya durub önümdə fərəqət
Hələ də möhtac hisslər mürəkkəblə vərəqə
Günahkarın son ümid yeri son tikəsindən vermək kimidir
Bu, Məkkədə sədəqə, nə qəribə yoldur bu
Hər dəfəsində qürurum əmr etdi
Cavabında əydim başımı
Nə qədər sirdaş satdı ki
Atdım dəniz dibinə sirrin daşını
Bu gün önümdə seçim var
Ya gözəl mahnılarla dolu həyatım
Amma əvəzində əbədi içim dar
Ya da bu səddi qırmağa gücüm var
Hələ keçim yan
Ayna, ayna, söylə
Nə qədər payımı saydı göylər?
Bu dəfə yay qısaydı böyüməyə
Kaş bir ömür çatmasaydı ölməyə
Yenidən başlamaq sıradan adamtək
Sıfırlanmaqla aram bərk
Sıxır, can qalmır, adımı çəkməyin
O qadınla otaqda qalım tək
Sadə bir ev, hamıdan biri
Amma cavandır ruhumuz, hamıdan diri
Sevgi göyərçinlərini pəncərələrdən qovuruq, qapıdan girir
Oyatmasın heç kim, əlini çək
Bura qaranlıq, qızım, quyudan çıxmağa bir ip çək
\x5bNəqərat\x5d
Nələr-nələr üzür qəlbimdə
Sevməyi bilməyən nə bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən sevgilər
Nələr-nələr üzür qəlbimdə
Sevməyi bilməyən nə bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən sevgilər
Orkhan Zeynalli tərəfindən Rasim Müzəffərlinin iştirakı ilə ifa olunan “Sahildən Uzaq” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları \mikpro” tərəfindən qorunur. © 2025
Etiketlər:
#OrkhanZeynalli #SahildənUzaq #mikpro
Müəllif: nina.az
Nəşr tarixi:
orkhan zeynalli ft rasim muzefferli sahilden uzaq mp3 yukle, orkhan zeynalli ft. rasim müzəffərli — sahildən uzaq, mp3, musiqi, mahni, yukle, pulsuz, mahni yukle, mp3 yukle, mp3 musiqi, musiqi yukle, bass, bass, hit, xit, pop, trap, mahnı yüklə, mp3 yüklə